ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Sərhəddə gərginlik; ABŞ və Rusiya hərəkətə keçdi

Azərbaycan Respublikası Ermənistan rəhbərliyinə əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə etdi, Rusiya xarici işlər naziri bakıya zəng elədi, ABŞ isə tərəfləri gərginliyi azaltmaq üçün təmkinli olmağa çağırdı.

 Ermənistanın baş naziri Nikol Paşiniyanın dünən Azərbaycan Respublikasını Ermənistan ərazilərinə 3.5 kilometr daxil olmaqda ittiham etməsindən sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq məsələyə aydınlıq gətirib: “10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.”-deyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda əlavə olaraq deyilir:  “Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında Ermənistan tərəfinin qeyri-adekvat reaksiyasının təəccüb doğurduğu deyilir.

Buna baxmayaraq Paşiniyanın “Azərbaycan 3.5 kilometr Ermənistan torpaqlarına doğru irəliləyib” deməsindən dərhal sonra ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays ABŞ səlahiyyətlilərinin Bakı və İrəvanı Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırdıqlarını bildirib.

Ned Prays özünün “Twitter” səhifəsində belə yazıb:  “Biz Ermənistan-Azərbaycan sərhədinin təyin olunmamış hissəsində artan gərginliklə bağlı xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük və vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”, Prays qeyd edib.

Paşiniyanın  3.5 kilometrlik bəyanatı Rusiyanı da  hərəkətə gətirib belə ki, mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button