ArxivXəbər lentiXəbərlər

İrəvanın mərkəzində gərgin vəziyyət – Canlı yayım (FOTOLAR)

Ermənistanın paytaxtı İrəvanın Azadlıq meydanında vəziyyət gərgin olaraq qalmaqdadır.

Qafqaz.ir -in news.am-a istinadən xəbər verir ki, meydana toplaşanlar Baqramyan prospektindəki etirazçıları hərəkatı siyasiləşdirməkdə ittiham edirlər.

“Talana yox!” aksiyasının fəallarından olan Gevorq Qorqisyan etirazçıları təxirbata uymamağa çağırıb: “Elektrik enerjisinin bahalaşmasına qarşı mübarizə aparanlar burada toplaşıb. Onların Baqramyan prospektində toplaşmasını başa düşmək olmur. Nümayişçilər Ermənistan prezidenti Serj Sarkisyan ilə şahmat oynayır. Biz addım atdıq. İndi hökumətin növbəsidir”.

Rəsmi məlumatlara görə, hazırda Baqramyan prospektində 3 mindən çox insan toplaşıb. Onlar hökumətin aksiyalarını Azadlıq meydanında davam etdirmək və Baqramyan prospektindəki barrikadaları ləğv etmək tələblərini rədd ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button