ArxivXəbər lentiXəbərlər

ABŞ səfiri Azərbaycanın işğaldan azad edilmiş məntəqəsinə səfər etməkdən çəkinir

ABŞ-ın Azərbaycandakı səfiri bu ölkənin erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etməkdən çəkinib.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta xarici ölkə səfirləri və beynəlxalq nümayəndəliklərin rəsmiləri ilə birlikdə Cocuq Mərcanlı kəndinə səfər etməkdən çəkinib.

Bu məlumata görə, ABŞ səfiri Cocuq Mərcanlıya səfər etməməsinin səbəbinə aydınlıq gətirməyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi Sekutanın bu məntəqəyə səfər etməkdən çəkinməsinin səbəbini, onun bu kimi proqramlarda iştirak etməsinin Komitənin əsasnaməsinə zidd olması ilə əsaslandırıb.

Azərbaycan parlamentinin bir üzvü də Robert Sekutanın Cocuq Mərcanlıya səfər etməkdən çəkinməsinin səbəbini ABŞ-ın bu kəndin işğaldan azad edilməsindən narazı qalması ilə əsaslandırıb.

Cocuq Mərcanlı kəndi 2016-cı ilin Aprelində Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatı zamanı Ermənistan ordusunun işğalından azad edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button