ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İmam Hüseynin (ə) türk səhabəsi: Əsləm Türki kimdir?

Əsləm ibni Əmr İmam Hüseynin (ə) qulamı idi və Mədinədən Kərbəlaya qədər Həzrətin (ə) yoldaşı olmuş, Kərbəlada şəhid olmuşdur.

Tarixi mənbələrdə bəziləri onun adının Vazeh, bəziləri isə Əsləm olduğunu qeyd ediblər. Onun Qəzvin şəhərindən olduğu qeyd olunur. Bəzi tarixçilər onu İmam Hüseynin (ə) qulamı hesab edir, bəzi mənbələr isə İmam Həsənin (ə) şəhadətindən sonra İmam Hüseynin (ə) bu qulu satın aldığını və oğlu İmam Səccada (ə) bağışladığını yazır. Onun Quran qarisi olduğu, ərəb dilini çox mükəmməl bildiyi və İmam Hüseynin (ə) katibi olduğu rəvayət edilir. İmam Hüseynin (ə) Mədinədən Məkkəyə, oradan da Kərbəlaya hicrəti zamanı onun yanında idi. Əsləm Aşura günü döyüşmək və rəcəz oxumaq üçün İmamdan (ə) icazə alır.

Əsləmin Aşura günü oxuduğu Rəcəz :

الْبَحرُ مِنْ طَعنی وَضَربی یَصْطَلی وَالْجوُّ مِنْ سَهمی وَنَبلی یَمْتلی‌

اذا حِسامی فِی یَمینی یَنْجَلی یَنشَقُّ قَلْبُ الْحاسِدِ المُبَجَّلِ

“Nizə zərbələrimdən dəryalar coşar, Atdığım oxlardan göylər qaralar, 

Qılıncım əlimdə parlayan kimi, 

Kibrli paxılın (şeytanın) qəlbi yarılar.”

 

Şəhadəti

Əsləm zalım qövmün çoxlu sayda vurduğu qılınc və nizə zərbələri nəticəsində yerə yıxılır, bədənin qalan son gücü ilə İmama (ə) tərəf işarə edir. Həzrət İmam Hüseyn (ə) onun başı üstünə gələrək üzünü onun üzünə qoyur. Əsləm İmamı (ə) gördükdə çöhrəsində təbəssüm yaranır və deyir: “Kim mənim qədər xoşbəxt ola bilər?! Allah Rəsulunun (s) oğlu üzünü mənim üzümə qoydu.”

Əsləm bu sözlərdən sonra İmamın (ə) qolları üzərində şəhadətə yetişir.

 

Hüseyn Əli Şəhidi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button