ArxivXəbər lentiXəbərlər

İran prezidenti Bakıya gedir

İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü Bakıya səfər edəcək. Səfər zamanı azərbaycanlı həmkarı ilə görüşəcək cənab Ruhani daha sonra İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli iclasında iştirak edəcək.

İran İslam Respublikası Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili bu barədə məlumat verərək, deyib: Bazar günü İran və Azərbaycan prezidentləri cənab Həsən Ruhani ilə İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək. Görüşdə iki ölkə arasında ticarət, iqtisadiyyat, sənaye, energetika, mədəniyyət, bank, konsulluq xidmətləri, rabitə və nəqliyyat sahəsində əldə olunmuş anlaşmaların icra prosesi araşdırılacaq və müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Pərviz İsmailinin dediyinə görə, səfər zamanı həmçinin, İrandan Azərbaycana texnologiyanın ötürülməsi ilə yanaşı olan bir neçə sənaye mərkəzinin icra əməliyyatına start veriləcək.

Prezidentlərin üçtərəfli görüşünün ardınca İran və Rusiya prezidentləri arasında ikitərəfli görüşün də baş tutacağına işarə edən İsmaili bu görüşdə iki ölkəni maraqlandıran məsələlər barədə fikir mübadiləsinin aparılacağını qeyd edib.

İran İslam Respublikası prezidentini Azərbaycana olacaq səfəri zamanı bir neçə nazir və bir sıra yüksək səviyyəli dövlət rəsmisi müşayiət edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button