Aktual

hər gün “AŞURA” hər yer “KƏRBƏLA”

Noyabrın 14-də dünyanın dörd bir tərəfindən yaşayan şiə müsəlmanları Aşura gününü qeyd edib və sözsüz ki, bu gün Azərbaycanda da şiə müsəlmanları üçün xüsusi gündür.

Aşura haqqında çox yazılıb və daha çox yazılacaq, İmam Hüseyn (Ə) şücaəti haqqında insanların maarifləndirilməsi işlər Qiyamət gününə qədər davam edəcək, bənzərlikər, təkaralar da çox olacaq, kreativ ideyalara da zaman zaman meydana gələcək və bu da təbiidir, çünki matəmi də əyləncə kimi yaşadan məhz insan amilidir.
Biz isə bu ilin Aşura gününə ötən illə müqayisədə bəlli fərqlərindən bəhs etməyə çalışacağıq. Azərbaycanda məscidlər və az sayda olan hüseyniyyələrdə Aşura günü öz təmtərağı ilə qeyd olunur, insanlar məscidlərə axışır, mərsiyyə və möizələrə qulaq asır, sinə vurur, zəncir vurur, nəzir və ehsan paylayır.
Bu mənzərə bütün illərin Aşura gününə aid olan bir haldır. Aşura günü məscid və ibadətgahlara təkcə mömin və dindarlar deyil, həm də dindar olmayan insanlar kütləvi şəkildə gəlir. O da qeyd olunmalıdır ki, Aşura Azərbaycanın müxtəlif bölgələrində müxtəlif səviyyədə təmtəraqla qeyd olunur, Bakı kəndləri, bəzi aran rayonları və cənub bölgələrində Aşura daha çox zənginliyi ilə qeyd olunur.
Sözsüz ki, Azərbaycan mətbuatı Aşura mərasimləri ilə bağlı reportajlar və xəbərlərlə oxucularnı tanış edir. Bu ilə qədər Aşura haqqında reportaj hazırlayan jurnalistlərin kameraları daha çox zəncir vuranlar və başyaranlara fokuslanırdı və sonradan da mərasimlərdə bu cür halların tənqidçiləri öz tənqidi fikirlərini söyləmək üçün “növbəyə” düzülürdü.
Bu cür jurnalistlər həm hakimiyyətin nəzarətində olan mətbuat orqanlarında, həm də müstəqil mətbutda çalışanlardır. Fotomüxbirlərin gözündən zəncir vurmaq, baş yarmaq kimi hərəkətlər yayınmaz, ancaq bu il Aşura mərasimləri ilə bağlı milli mətbuatda zəncir vuran əzadarların şəkilləri çox az sayda yer aldı, baş yarmaqla bağlı şəkillərə isə demək olar bir dənə də olsun elə bir şəkilə rast gəlinmədi. Demirik ki, ümumiyyətlə belə bir hal olmayıb, Azərbaycanın heç bir yerində baş yarılmayıb, sadəcə olaraq onu demək olar ki, əvvəlki illərdə belə şəillər mətbuat səhifələrində sərgilənir və sonra da islamofoblar onlara həqarət edirdisə bu il bu şəkillər olmadı. Deməli, islamofobların bir nəfəsi içlərində qaldı.
Buna o cür də baxmaq olar ki, cəmiyyət baş vurmaq və zəncir vurmaq kimi hərəkətləri, xəstələr üçün qan vermək kimi aksiyalarla əvəzləyib daha faydalı və bəlkə də savab artıran addımlara yol verdilər. Digər fərq isə ondan ibarət oldu ki, ötən ilə nisbətən gənc nəsil bu il əzadarlıqda daha az çıxış etdi.
Getdikcə yetişən yeni nəslin dindən uzaq salınması tendensiyası güclənir, diqqət etsəniz 18-24 yaşda olan gənclər arasında dinə meyillilik ötən illərə nisbətən daha azdır və 28-35 yaş arasın olanların dinə meyilliliyi bu günkü gənclərlə müqayisədə daha çoxdur, deməli bir neçə il əvvəl 24 yaşı olan gənclər cəmiyyətdə dinə olan axında olublar, bu gün onlar yaşlanıb.
Bu gün isə gənclər arasında dinə axın daha zəifdir, bunun da səbəbi ondadır ki, indiki gəncləri qərb təşkilatları qollayır, cəlb edir, onlarla iş qurur, onlara müxtəlif adlarla qrant verir, nəticədə dünyaya baxışlarını dəyişir.
Başqa bir fərq yüzlərlə həbsdə olan hicab məhbuslarının yerinin görünməsidir, onların azadlıqda olmaması, Aşura mərasimlərində kreativliyin daha geniş olmasını daha məhdudlaşdırdı, xüsusilə nəzərə alsaq ki, hicab məhbuslarının əksəriyyəti məhz gənclərdir, ictimai fəallardır, dindar jurnalistlərdir, onda vəziyyəti daha aydın təsvir etmək olacaq.
Qanvermə aksiyası Bakının və ölkənin müxtəlif bölgələrində təşkil olundu, bu aksiyanını təşkilatçısı əsasən QMİ göstərilsə də, müxtəlif qurumlar və dini icmalar da aksiyanın təşkilini həyata keçirib. Ancaq bütün bunlarla yanaşı fitnəkarlar da öz işindən qalmadı, Aşura günü hakimiyyətə xidmət edən bir neçə mətbuat orqanı məlumat yaydı ki, guya Maştağa qəsəbəsində Aşura mərasiminə gətirilən iki azyaşlı uşaq ölüb, bu xəbər sosial şəbəkələrdə də müxtəlif cür təqdim olunurdu, kimisi deyirdi ki, uşaqlar izdihamlı kütlənin hərəkəti nəticəsində ayaqlar altında qalıb ölüb, kimisi deyirdi ki, guya başları yarıldığı üçün ölüb. Ancaq günün sonuna qədər aparılan araşdırmalardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mətbuata açıqlama verərək bəyan etdi ki, ölən şəxslər məscidədə yox, məscidə gələrkən yolda maşınlar tərəfindən yol kənarında vurulub və ölənlər heç də azyaşlı deyil, 19, 22 yaşlı gəncləridir.
Bu xəbərin başqa cür, yəni “azyaşlı uşaqlar Aşurada öldü” kimi yayılmasının bir səbəbi də budur ki, cəmiyyətdə xalqın gözündən Aşuranı salsınlar, bunun üçün hər şeyə hazırdırlar, yalana da, fitnəyə də ancaq unudurlar ki, haqqın ən böyek müdafiəçisi Allahdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button