Aktual

Maraqlı məqam

AİP tərəfindən dəstəklənən İlyas İsmayılov bir dəfə də olsun Mövsüm Səmədovun adını çəkməyib .

Sentyabrın 22-də keçirilən mitinqdə islamçılar üçün də yadda qalan, diqqət çəkən məqamlar oldu, onları görmək və ictimaiyyətə çatdırmaq, haqq demək qədər vəzifəmizdir, qoy Azərbaycan İslam Partiyasında olan dostlarımız bizdən narazı qalmasın, çünki bu cür haqqı demək onlar üçün xoşagəlməz olar, ancaq haqqı gizlətmək bizdən uzaqdır.

Diqqət çəkən məqam bu oldu ki, Əli Kərimli, İsa Qəmbər və Cəmil Həsənli çıxışları zamanı siyasi məhbuslar mövzusuna toxunan zaman hicab məhbusu Mövsüm Səmədovun adını çəkdi, dindar məhbusların həbsdə saxlanılmasını hakimiyyətin böyük günahı kimi qeyd etdilər. Ancaq bu qədər imkanlara, fürsətlərə baxmayaraq nə namizədliyi AİP tərəfindən dəstəklənən İlyas İsmayılov bir dəfə də olsun Mövsüm Səmədovun adını çəkməyib, şərlənərək həbs olunmasını deməyib. Hətta İlyas İsmayılovun səlahiyyətli nümayəndələri belə bunu etməyib. Ola bilər bizim portalı izləyib u yazını oxuduqdan sonra İlyas İsmayılovun səlahiyyətli nümayəndələri Mövsüm Səmədovun adını çəksin ancaq onda artıq gec olacaq, gözlənilənin qarşılığı olmayacaq, məyusluğu aradan qaldırmayacaq. Heç kim bizdən inciməsin, qardaşlar, azərbaycanlılar demiş: biz də çörəyi qulağımıza yemirik axı.

islamtimes

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button