Qədr gecələrinə məxsus mərasimlər və mömin camaatın Ərdəbil müsəllasında Əhya saxlaması. Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən mərasim gecənin ilk saatlarından, ayətüllah Amilinin peşnamazlığı ilə şam və xiftə namazları qılındıqdan sonra başlanmış və səhər açılana kimi davam etmişdir. Iştirakçıların çoxluğu izdihama səbəb olmuşdu. Belə ki ətraf küçələr də adamla dolmuşdu. Ayətüllah Amili mərasimdəki çıxışında Qarabağın ermənilər tərəfindən işğal olunmasına işarə edərək bu regionun erməni muardarlarından təmizlənməsini istədi. O, həmin mərasimin davamında hicab məhdudluğu ilə müxalifətinə görə Azərbaycan dustaqxanalarında həbsdə olan böyük alimlərin tezliklə azad olmasını istəmişdir. Qeyd edək ki, mübarək Ramazan ayında əyalətin Qədr gecələri mərasimində iştirak etmək üçün Azərbaycan respublikasından çoxlu qonaqlar gəlir.