Xəbərlər

473 bala “qızıl”, 700 bala isə “hədiyyə”…

Ekspert Nadir İsrafilov: “Fərzəli Qədirov da, Kəmalə Qədirova da istefaya göndərilməlidir”

Srağagün elektron və yazılı mediada ekspert Nadir İsrafilovun hamını heyrətə gətirəcək bir yazısı dərc olundu. Sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan həmin yazıda bu il XI sinfi medalla bitirənlərin seçimində baş verən naqisliklər və 164 saylı məktəbin məzunu Qədirli Fəridin müəmmalı “qızıl” medalı haqqında söhbət gedir.

Ekspert sual edir: necə olur ki, qəbul imtahanında 473 (“5” ballıq sistemə görə 3,4) bal toplayan Fəridə qızıl medal verilir, amma 700 bal toplayaraq maksimum nəticə göstərən Sumqayıt məktəblisi Qafarova Flora, Bakı məktəbliləri Paşazadə Aytən və Müslümov Osmana nəinki gızıl, heç gümüş medal da verilmir?! Nadir müəllim yazısında oxucuların diqqətini məsələnin başqa bir tərəfinə də yönəldir: Sən demə, Fəridin atası Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov, anası isə məzunu olduğu 164 saylı məktəbin direktoru Kəmalə Qədirova imiş. Ehtimal olunur ki, onun qızıl medal almasında valideynlərinin müstəsna “rolu” olub. “Bundan sonra nə etməli?” sualı ilə biz Nadir İsrafilova müraciət etdik. O, bunları dedi. “Əgər Fəridin valideynlərini nəzərdə tutursunuzsa, bu, onlar üçün daha çox mənəviyyat məsələsidir. İnana bilmərəm ki, siyahını imzalayarkən nazirin bu olaydan xəbəri olsun. Digər tərəfdən, onun siyahını araşdırmağa bir dəqiqə belə vaxtı da yoxdur. Əgər bu, rəhbərliyin xəbəri olmadan baş veribsə, onda valideynlərin ikisi də – Fərzəli Qədirov da, Kəmalə Qədirova da istefaya göndərilməlidir.

Bəs nazirlik nə etməlidir? Dörd aydır, deyirəm: Orada köhnədənqalma elə kadrlar var ki, onlar hər zaman qurumun işlərinə pəl vuracaqlar, çalışacaqlar ki, heç bir yaxşı iş görsənməsin. Çünki əvvəla, iş yaxşılığa doğru getsə, onların eyibləri üzə çıxacaq, ikincisi isə su nə qədər bulanıq olarsa, bu xislətli adamların işi daha yaxşı gedər. Belələrinin bircə “peşəsi” var: bulanıq suda balıq tutmaq. Bir daha təkrar edirəm: Nazirlik belə “çayırlardan” nə qədər tez təmizlənərsə, o qədər iş yaxşı gedər”.

Redaksiyadan: Yazını çapa hazırlayırdıq ki, təhsil naziri Mikayıl Cabbarovun bu il 700 bal toplamış 6 abituryenti qəbul etməsi və onlara hədiyyələr verməsi barədə məlumat yayıldı. Əcəb işdir, 473 bal toplayan məmur balasına qızıl medal, 700 bal toplayan adi vətəndaş balasına isə hədiyyə!.

islamtimes.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button