ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

ərbəin ziyarətinə hər iki doz vaksini vurduranlar gedə biləcəklər

İran İslam Respublikasının prezidenti Höccətul-İslam vəl-müslimin Seyid İbrahim Rəisi ötən gün (Şənbə, 4 Sentyabr 2021) “Koronavirusla Milli Mübarizə Qərargahı”nın iclasında çıxışı zamanı qarşıdan gələn ƏRBƏİN ziyarəti məsələsinə də toxunub.

Qafqaz.ir  xəbər verir ki, O bildirib ki, İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti piyada yürüşünə zəvvarların göndərilməsi üçün ilk öncə İraq dövlətinin bu barədə razılığı şərtdir.

İran İslam Respublikasının prezidenti Höccətul-İslam vəl-müslimin Seyid İbrahim Rəisi vurğulayıb: Əgər İraq dövləti ƏRBƏİN ziyarətçilərini qəbul etməsi barədə razılığını elan edərsə, bu ziyarətə təkcə o şəxslər gedəcəklər ki, Səhiyyə Nazirliyinin koronavirusa qarşı təyin və təyid etdiyi vaksinin hər iki dozunu qəbul ediblər.

Prezident ölkə daxilində istehsal edilən vaksinlərin daha az əks göstəricisi olduğunu elan edərək, bunun İrana qarşı zəhərli təbliğat aparanlara yaxşı cavab olduğunu vurğulayıb.

Dr. Rəisi ölkəsində yaşayan xarici vətəndaşların və eləcə də mühacir və qaçqınların da elə sərhəd mənqətələrində ikən vaksin edilməsi barədə göstəriş verib. / iqna

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button