ArxivXəbər lentiXəbərlər

Astara-Rəşt dəmiryolunun maliyyə xərcləri müzakirə edilib

Azərbaycan Respublikası iqtisadiyyat naziri deyib: Rəşt-Astara dəmiryolu layihəsinin maliyyə xərclərinin təmin edilməsi barədə İran rəsmiləri ilə müzakirələr davam edir.

Qafqaz.ir- Şahin Mustafayev Astara-Rəşt dəmiryolu layihəsinin xərclərinin Azərbaycan Respublikası tərəfindən təmin edilməsi barədə İran İlə Azərbaycan arasında razılaşma sənədinin imzalanmış olduğunu xatırladaraq deyib: Rəsmi Bakı bu layihənin icrası barədə İran rəsmiləri ilə müzakirələr aparmaqdadır.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri deyib: Rəsmi Bakı şimal-cənub dəhlizi ilə əlaqədar öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib və bu beynəlxalq dəhliz vasitəsi ilə yük daşımalar artıb.

Azərbaycan şimal-cənub dəhlizinin təkmilləşdirilməsi məqsədi ilə 164 kilometrlik Rəşt-Astara dəmiryolu layihəsinin 500 milyon dollardan ibarət olan  maliyyə xərclərinin təminini öz üzərinə götürmüşdür.

Bu dəmiryolunun inşası ilə dəniz marşrutu ilə 45 gün çəkən yük daşınma əməliyyatının müddəti 25 günə enəcək və bu da yük daşınma xərclərinin 30 faiz azalması deməkdir.

Şimal-Cənub koridoru şimali Avropa ölkələri və Rusiyanı İran vasitəsi ilə Hind okeanı, fars körfəzi və cənubi Asiya ölkələrinə qovuşdurur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button