ArxivXəbər lentiXəbərlər

İmam Xomeyninin (rə) İrana qayıdışının ildönümü günü Bakıda qeyd olunub

Azərbaycan Respublikası paytaxtı Bakıda Vəliəsr (əc) təhsil mərkəzinin məktəbliləri bir mərasim keçirərək Həzrət İmam Xomeyninin (rə) İrana daxil olmasının ildönümü gününü şənlik ediblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İmamın İrana daxil olması anında inqilab zənginin çalınması ilə başlanan bu mərasimdə məktəblilər himni oxuyub, müxtəlif mədəni proqramları icra edib və həmçinin elmi yarışlar keçirərək bu önəmli günü qeyd ediblər.

Bakıda Vəliəsr (əc) təhsil mərkəzinin direktoru İsmayıl Qələndəri bu mərasimdə İslam İnqilabının müxtəlif nailiyyətlərini açıqlayaraq deyib: Builki Fəcr Ongünlüyündə məktəblilərin iştirakı ilə müxtəlif elmi, mədəni, idman yarışları keçirilərək, məktəblilərinm əl işləri sərgisi, həmçinin aşpazlıq festivalı təşkil olunacaq.

Şagirdlər bu mərasimdə inqilab tarixinin tanınması və Həzrət İmam Xomeyninin (rə) yolunun davam etdirilməsini vurğulayıblar.

Bakıda Vəliəsr (əc) təhsil mərkəzində hazırda müxtəlif yaşlarda 157 şagird 23 müəllimin nəzarəti altında təhsil alır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button