Aktual

“Azərbaycanlı uşaqları ana bətnində iflic edirəm”

Düşmənini tanımayan və onu dərk etməyən millət ölümə məhkumdur.

Azərbaycana qan nə üçün lazım idi?
Respublika üçün bu qanlı layihələrin icrası güman etmək olmaz ki, bitib. Şübhəsiz, çoxsaylı araşdırmalar göstərir ki, tarixən qədim və hərarət içində yanan bu millətin genetik kodlarında qorxu sindromlarını yaratmaq düşmən üçün, düşmənin kəşfiyyat seti üçün həmişə gərəkli olub.
Professor Tatarin nümayəndəliyə ünvanladığı məktubda yazırdı: “…Siz millətinizi qoruyun. İmkan verməyin düşmən evinizə, canınıza, ailənizə… “Qarğa təbəssüm”ləri ilə girsin. Bu “Qarğa təbəssümləri” altında sizləri məhv edəcək, sizləri qarşı-qarşıya qoyacaq, mənəvi-əxlaqi dəyərləri məhv edə biləcək bir fəlakət yatır…”

Bu fəlakətləri təhlil etməkdə hələ ki acizik. Məsələn, 1990-cı ilin yanvarından (birinci qorxu), 1991-ci ilin noyabrından (ikinci qorxu)… 1992-ci ilin fevralından (üçüncü qorxu)… qan içində boğulan və şikəst hala salınan genetik kodlarımız sağalmaq, dirçəlmək bilmir…
Təhlillər göstərir ki, Azərbaycanla bağlı hələ əllərdə çox eybəcər layihələr yarımçıq qalıb. Məsələn, IX əsrin ən gözəl söz ustalarından olan, filosof Haşim Ağa Sədəfli (Gəncədə doğulub, onun haqqında məlumatlar Daşkənd Dövlət Arxivində saxlanılır) yazır: “…Kənarda dayanıb milləti oyatmaq və onu hakimiyyətə, dövlətə qarşı qoymaq acizlik və gücsüzlük nişanəsidir. Hünər və qüvvət, fəzilət və ədəb, əxlaq ondadır ki, oyanmış milləti dövləti sevməyə, qurub-yaratmağa, əldə olanı saxlamağa sövq etdirəsən…” (“Oxunmadan yandırdığım əl yazısı” məqaləsindən. Müəllif pr. Osman Paşa Asadollayev, Daşkənd, 2005-ci il). Fikrimcə, düşmənini tanımayan və onu dərk etməyən millət ölümə məhkumdur…

DANİEL KARLOS KASİSO – bu argentinalı professor iddia edir ki, tarixdə ən güclü və möhtəşəm xalqların inkişafını dayandırmaq, onlarda hökmranlıq ruhunu məhv edib, sıradan çıxarmaq lazımdır. Professor hazırda ölkənin hərbi kəşfiyyat idarəsinin Kordovadakı tam məxfi hərbi-sənaye kompleksində (əslində laboratoriyada) güclü psixoloji tutumu olan, bilavasitə insanları cəmiyyətdən və həyatdan küsdürən tele-layihələrin hazırlanmasına başçılıq edir.
Məlumata görə bu «Korzova Mərkəzi»ndə keçmiş İttifaqdan ayrılıb müstəqillik əldə edən, müstəqil yaşayan ölkələrdə ictimai-siyasi mühiti iflic edən… tele-layihələrin hazırlanmasında professor Daniel Karlos Kasiso çox yaxından iştirak edib. Başqa bir məlumata görə indiyədək Azərbaycan ərazisində ictimai-siyasi mühti kor qoyan 27 layihə (söhbət tele-layihədən gedir) hazırlanıb. Azərbaycan tele-məkanı üçün nəzərdə tutulan bu “kəşfiyyat layihələri”nin (Müəlliflər: Azərbaycanşünas (?) pr. Duna Migel, genetik “Nestor qrupu”, Mişel Merfi, mikrobioloq Elizabet Foss, toksikoloq, kəşfiyyat mayoru Meydn Lodçer…) təqribən 2010-2011-ci illərdə 75-faizi kütləvi-informasiya vasitələri arasında paylanıldı… Professor D.Migelin başçılıq etdiyi qrupun “Demokratiyanın inkişafı Fondu” və yaxud “Vətəndaş cəmiyyəti”, “Demokratiyaya yardım” (?) çərçivəsində hazırlanmış bu tele-layihələr Azərbaycanda ekranlara çıxarılarkən əsl mahiyyətini gizlətməli idi.
Araşdırma materiallarına görə bu layihələrin “nüvəsi” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanırdı. Daha dəqiq desək, “Kordovo Mərkəzi”nin əslində Buenos-Ayreslə heç bir əlaqəsi yox idi. Sadəcə müəyyən çaşqınlıq yaratmaq üçün yerdəyişmələr olurdu. BMT xəttilə, eləcə də ayrı-ayrı ölkələrin “humanitar yardım fondları” vasitəsilə Azərbaycana göndərilən və dərhal da paylanılan (48 saat nəzərdə tutulurdu) dərman pereparatlarını alan və qəbul edən (pulsuz) kütlə bundan sonra həmin layihələr əsasında hazırlanmış “sərsəm və insanların psixoloji durumunu sarsıdan” verilişlərə baxmaq üçün tele-auditoriyalara… (öz ailələrinə və evlərinə) start götürürdü. İnsanları kitabxanalardan, kitab mağazalarından, açılmayan arxivlərdən… “isti peçin dibinə və yaxud, quru tikəsi qalan süfrəyə” (?) səsləyir, hay-haraylı, süni təbəssümlər və çürük dayaqlar üstündə qurulan verilişlərə baxmağa tələsdirirdi. (Bəzən insanlar öz psixoloji durumunun əsirinə çevrilib, öz yasını, öz xeyir işini yarımçıq saxlayırdı).

“Kordovo Mərkəzi”nin Azərbaycan üçün nəzərdə tutduğu və ustalıqla həyata keçirdiyi tele-layihələr Azərbaycan mühitini sarsıtmaq üçün, onun mənəvi-əxlaqi dəyərlərini, vətən sevgisini, tarixə, öz soy-kökünə bağlılığını eləcə də cəmiyyətin milli durumunu məhv edib, sərsəm hala salmaq üçün ən güclü “Kəşfiyyatın məğlubedilməz silahı”- psixoloji silah olaraq qalır.

PROFESSOR MİGEL – Rus kəşfiyyat generalı Y.Antonov “Məxfi arayışı”nda anti-xalq işlərlə bağlı sadəcə xəbərdarlıq üçün onun da adını çəkir. Məlumata görə əsl adı və soyadı həmişə pərdəli olan bu “elm-fədaisi” də Azərbaycan xalqını, millətini sevmir, onu bir dəfəlik qəbul etmirdi. Nəticədə 2006-cı ilin iyun yının 16-da, digər məlumata görə 2012-ci ilin fevral ayının 9-da Pr. Migel öz layihələri əsasında hazırlanmış və hazırlanacaq tele-verilişləri nəzərdən keçirməyi qərara alır. Araşdırma materialları içərisində pr. Migelin “Kiçik xalqlara müraciəti”nə rast gəldik (?)
O, qeyd edir: “…Tarixin dolanbac yollarında maşın və yaxud araba (?) təkərlərinə ilişib qalan kiçik xalqlara müraciətim var; -çəkilin yoldan. Böyük inkişafa mane olmayın. Sizin diliniz, adət-ənənəniz, tarixiniz və ibadət yerləriniz heç kəsə lazım deyil. Çəkilin gedin…” (“Buenes-Ayresdən-Kordovayadək düşüncələr” kitabı, 2009).
O, bu eybəcər müraciətində Azərbaycan xalqını və millətini də “unutmur” və xahiş edir ki, (?) böyük millətlərin yolundan çəkilib, getsinlər. Onun fikrincə, məsələn, əsl rus doğulmamalıdır. Eləcə də əsl ukraynalı, əsl belorus, əsl gürcü, əsl özbək, əsl çeçen, əsl tacik, əsl türkmən və nəhayət əsl azərbaycanlı doğulmamalıdır. “İnsanları məhv etmək və sarsıtmaq üçün… onu əslindən, nəslindən ayırmaq lazımdır. Bu bizim gizlin qalan məqsədlərimizdən biridir…” (Pr. Migel.)

Araşdırma materialları sırasında «Kordova Mərkəzi»ndə hazırlanmış və Pr. Migelin həvəslə açıqladığı belə bir məsələ var. O, ABŞ MKİ-nə yazır: “…başqa xalqlardan və millətlərdən fərqli olaraq, nəyin bahasına olursa-olsun imkan vermək lazım deyil ki, Qafqazda kiçik millətlərdən olan Azərbaycan milləti ayılıb, özünü dərk etsin. Bu regionu həmişə təlatüm və sarsıntı içində saxlamaq, onu təəssüf hisslərilə tərbiyə etmək vacibdir. Qələbə üçün əlavə maliyyə dəstəyinə ehtiyacımız var. Qarabağ ərazisində (?) layihələrimizin təsdiqindən sonra şübhə etmirik ki, bizim mərkəz və alimlər qrupu haqqında əlavə düşüncələr olacaq. Apardığımız tədqiqata görə Qarabağ ərazisində bir daha əsl azərbaycanlı balası dünyaya gəlməyəcək. Siz əsl azərbaycanlının doğulmasının nə demək olduğunu bilirsiniz…”

Professor Migel və onun qrupunun hazırladıqları “Səs və işıq” tele-layihələr “büdcəsi”nin tutumu artıq 17 milyon dolları keçirdi.
Araşdırma materiallarına görə Azərbaycanda yeni formalaşmaqda olan tele kanallara nüfuz etmək, orada “xüsusi kadr qrupu”nun hazırlanması üçün “Kordova Mərkəzi”nin İtaliyada, ABŞ-da, FransadaŞ İsraildə, eləcə də Şərqi Avropanın bir sıra əyalətlərində kurslar açıldı (Biz bu məktəbləri “bitirən”lərin sayını, iş yerini, ünvanlarını qazanclarını da bilirik). Olsun. Şəxsən mənim üçün onların heç bir əhəmiyyəti yoxdur…
Əsl bəla onların qələmilə, “E-bont” təlimlərilə proqramlaşdırılmış beyinlərilə hazırlanmış telelayihələrdir. Pr. Migelə görə bu tele-layihələr vasitəsilə insanların genetik kodları zədələnməli, ailələrin, eləcə də fərdlərin həyat tərzi dəyişməli idi, hər hansı xəs- təliyə görə immunitetləri aşağı enməli idi. “Kordova Mərkəzi” bu layihələri çox asanlıqla tele kanallarda “əritmiş”di.
Məlumata görə mərkəzin Azərbaycanlılara qarşı ikinci mərhələsi daha ağır nəticələr verməli idi. Bütün bunlar ailələrdə əsl azərbaycanlı balalarının doğulması üçün bir əngəl yaradırdı. Araşdırma materiallarına görə 2007-ci ilin yayından Azərbaycanın doğum evlərini gəzən, hamilə qadınlar arasında sorğu-sual proqramları quran “Kordova Mərkəzi”nin üzvlərinin fəaliyyətləri üçün də elə bir hədd və qazanc qoyulmamışdı.
Məsələn, müqayisə üçün deyək ki, İsraildə və Polşada hamilə qadınlarla icazəsiz psixoloji söhbətlər aparan şəxslər üçün məhkəmələr qurulur. Həmin ölkələrin kodeksində hamilə qadınlar toxunulmaz statusu daşıyır. Və yaxud hamilə qadınları incidən, onların həyat tərzinə nüfuz edən hər kəs ciddi cəzalanır və əgər bu proseslərdə ana bətnindəki dölə bir şey olarsa, həmin şəxs “vətən xaini” hesab olunur (Mən bunu müqayisə üçün dedim).

Pr. Migel görə yeni tele-layihələr nəyin bahasına olursa-olsun birbaşa hamilə qadınlara tuşlanmışdı. Qrupun Şəki, Gəncə, Bakı, Lənkəran, Masallı, yaşayış məntəqələrində salınmış doğum evlərində “pulsuz tibbi xidmət” adı və yaxud kodu altında aparılan proqram bilavasitə ana bətnindəki döllərə tuşlanmışdı. Ana bətninə hücum taktikası ciddi bir iş idi. Yeni doğulacaq uşaqlar keçirilən təlimlərdən (?) sonra pr. Migelin layihələri əsasında proqlamlaşdırılan beyinlərlə dünyaya gəlirdi.
Pr. Migel utanmadan, həyasızlıq edərək, kütləvi informasiya vasitələrinə açıqlamasında qeyd edirdi ki, “Mən əsl azərbaycanlıları, yəni doğulacaq əsl azərbaycanlı uşaqları valideynlərnin gözləri qarşısında ana bətnində iflic edirəm…”

Pr. Migel xəritəsinə görə Azərbaycan regionları telekanallara görə dörd yerə ayrılırdı. Məsələn, 1-ci qrup Bakı və onun ətraf kəndlərini əhatə edirdi. Araşdırma materiallarına görə 2012-ci ilin martın 26-da Parisdə (Fransa) keçirilən yığıncaqda amerikalı psixoloq Eni Tallifun yazırdı ki, “professor Migel və onun qrupu»nun üzvlərinin hazırladıqları tele-layihələr Bakı və onun kəndlərini əsl mənada hörümçək toruna salmışdı…” Nəticədə doğulan uşaqların, yeni azərbaycanlıların böyük bir hissəsi stress və yaxud qorxu altında doğulurdu. Sonra onlar gülünc, sərsəm və qorxu altında tele-auditoriyalara istiqamətləndirilirdi. (Bütün bunlardan sonra, zahirən bu tele-auditoriyalar insanların problemlərini cəsarətlə (?) həll edən, onları yoluna qoyan, ratifikasiya edən parlament funksiyalarını icra etməli idi…)

Məlumata görə “Kordova Mərkəzi”ndə, “Devid Olster Mərkəzi”ndə, “Uilyam qrupu”nda hazırlanmış və bilavasitə Azərbaycana qarşı ünvanlanmış tele-layihələr artıq Azərbaycanı işğal etmişdi (Digər qruplardan danışmağı lazım bilmədim). Tele verilişlərin, tele proqramların təhlil və tənqidçilərimizə gəlincə, onlar da susub, dayanırlar (Onu da qeyd edək ki, biz regionlarda tele-proqramların, “Kəşfiyyat İdarələri”nin divarları arasında hazırlanmış məqsədin tele-layihələrin törətdikləri fəsadlarla… bağlı da geniş bəhs edəcəyik.)
Araşdırma materiallarına görə Azərbaycanda yeni bir nəsil formalaşır. Fikrimcə əsl azərbaycanlı nəsli deyil (?). Mən isə əsl Azərbaycanlı övladlarını gözləyirəm. Doğulacaqmı belə övladlar, bilmirəm. Amerika işğalından azad olmasaq yox!

islamazeri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button