ArxivXəbər lentiXəbərlər

Astara-Astara dəmir yolunun İran tərəfində tikintisi davam edir

Astara(Azərbaycan)-Astara(İran) dəmir yolunun İran tərəfində tikintisi davam edir.

Azərbaycan ilə İran Astara(Azərbaycan)-Astara(İran) dəmir yolu layihəsinin həyata keçirilməsi üçün 60 milyon avro həcmində investisiya yatırıblar.

Bu sözləri yerli mətbuata İran Dövlət Dəmir yolları idarəsinin rəsmi nümayəndəsi Səid Məhəmmədzadə deyib. Onun sözlərinə görə Astara-Astara dəmir yolundan, yük terminalından və stansiyadan hər iki dövlət birgə istifadə edəcək.

S. Məhəmmədzadə onu da vurğulayıb ki, Rəşt-Astara dəmir yolunun çəkilişi 1 milyard dollara başa gələcək. Azərbaycan tərəfi iqtisadi-texniki əsaslandırmadan sonra bu layihəyə 500 milyon dollar yatırmaq fikrini bildirib. Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran mallarını Rusiyaya, Gürcüstana, Ukraynaya, Polşaya və başqa ölkələrə ixrac etmək imkanı yaradacaq. Bundan başqa bu yol Azərbaycan vasitəsilə Rusiya və İranın dəmir yolları sistemlərini birləşdirəcək ki, bu da Avropaya və əks istiqamətə yükdaşımasını təmin edəcək.

S. Məhəmmədzadə Azərbaycan Dövlət Dəmir Yolları QSC ilə sıx işgüzar əlaqədə olduqlarını da bildirib. Qeyd edib ki, tikinti prosesində meydana çıxan problemlər qarşılıqlı şəkildə və operativ olaraq həll edilir.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, Astara-Astara dəmir yolu xətti üzrə Azərbaycanda tikinti işləri yekunlaşıb, Astara çayı üzərində dəmir yolu körpüsünün inşası başa çatdırılıb. İran ərazisində tikinti işləri isə davam etdirilir. Bu yol ilə yük qatarlarının hərəkətinə noyabrın sonunda başlanılacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button