ArxivXəbər lentiXəbərlər

Xuraman Şuşalı: Hicaba keçəndən sonra bəzi kanallar yolumu bağladı

“Çox sağ olun”.

Müğənni Xuraman Şuşalı İnstagram səhifəsində yerli telekanallardan gileylənib.

 Oxu.Az xəbər verir ki, o, “ANS kanalı, təbriklər…Uğurlarınız bol olsun. Hicaba keçdikdən sonra bəzi kanallar yolumu bağlasa da, ANS çox fəxrlə məni verlişlərinə dəvət etdi. Çox sağ olun”,-deyə bu gün 23 yaşı olan ANS telekanalının əməkdaşlarına təbriklərini çatdırıb.

Qeyd edək ki, Azərbaycanın ilk müstəqil telekanalı olan ANS 1991-ci ilin bu günü  Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılıb.

Biz də ANS telekanalında çalışan bütün jurnalist həmkarlarımızı təbrik edir, onlara bol-bol uğurlar arzulayırıq!

Aytən Sadıqzadə

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button