AktualAktualArxivXəbər lentiXəbərlər

19 yanvar Beynəlxalq Azərilər Günüdür!

Biz bu günü yadda saxlamaqla azərilərin mədəni irsi və kimliyinə uzanmış təhrif əllərini kəsməliyik!

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata əsasən, vəliyyi-fəqihin Ərdəbil ustanındakı nümayəndəsi və Ərdəbilin imam-cüməsi son cümə namazı xütbələrində 19 yanvar beynəlxalq azərilər gününə işarə ilə deyib:

25 il öncə kommunist sovetlərin azərilərə 70 illik təzyiqlərindən sonra onlar İran sərhədlərinə üz tutdular. Bu insanlar “la ilahə illəllah” və təkbir deyirdilər. İranın sərhəd məntəqəsindəki məscidlərə axışıb Quranı sinələrə sıxaraq ödülər və İmam Hüseyn (ə) bayrağını əllərinə aldılar. Bununla sübut etdilər ki, nə tarixi vətənlərini, nə də əsil dini kimliklərini yaddan çıxarmayıblar. Sonra gələn nəsillər büdrəyib kommunistlərin səhvini təkrarlamamalı, onların yolunu getməməlidir. Azərilərin dini kimliyi heç vaxt dəyişməyəcək.

Sovetlər Birliyi o zaman intiqam alaraq 20 yanvarda Bakıda 135 nəfəri şəhadətə çatdırdı. Biz Azərbaycanın qeyrət simvolu olan o şəhidlərə hörmət və ehtiramımızı bildiririk.

Bəziləri həmin dövr və hadisələrin mahiyyətini təhrif etmək istəyir. Bu tarixi günü 31 dekabra keçiriblər. Hansı ki, 31 dekabrda heç bir hadisə baş verməyib və bu gün məsihilərin milad bayramıdır. Onların 31 dekabrı bayram elan edib milad bayramından istifadə etməklə xalqı toplamaq istəyi baş tutası deyil. Əgər dini münasibət olsa xalq toplanar.

Mənim Sankt-Peterburqda çıxışım vardı. Bu şəhərdə bir neçə gün qaldım və milad bayramı günü tatarların məscidində söhbətim oldu. Sərt soyuq insanlara mane ola bilməmişdi. Ayağını yerə qoyanda qarın xışıltı səsi gəlirdi. Donmuş çayın üzərindən ağır maşınlar keçirdi. Məsciddə xeyli insan toplaşmışdı. Azərbaycanın baş konsulu təəccüblə soruşurdu ki, bu qədər cəmiyyəti bura necə toplaya bilmisiniz? Bizdən kömək istəyirdi ki, milad bayramı münasibəti ilə insanları toplayaq.

Biz bu günü yaşatmaq üçün azərilərin mədəni irsi və kimliyinə uzanmış təhrif əllərini kəsməliyik. 19 yanvar tarixi bir gündür və onu hansısa yollarla dəyişmək olmaz.

Ötən il bu gün Peyğəmbərin (s) mövlud gününə təsadüf etmişdi. Bu əsasla həmin günü Beynəlxalq Azərilər Günü kimi qeyd etdik. Bu sahədə çalışmalıyıq. Çünki dünya azərilərinin gözü İrandadır. İran İslam Respublikası bu gün dünyadakı azəriləri üçün mehvər olub. Dünya Azərilərinin ən böyük iftixarı azəri əsilli, Peyğəmbər (s) və Əli (ə) övladlarından olan həzrət Ayətullah Xameneinin rəhbərlik məqamıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button