IslamXəbər lenti

ŞİƏ anlayışı – ŞİƏ nə deməkdir!?

Həqiqətlər barəsində qısa məlumat.Əhli sunnə mənbələri. «şiə» sözü lüğətdə «təqibetmə» və «tərəfdar» mənasındadır; «şiətür-rəcül» isə «insanın təqibçisi və yardımçısı» deməkdir. Böyük sunnu alimlərindən olan Fitruz Abadi özünün tərtib etdiyi lüğətində belə deyir: «Bu adla – «şiə» kəlməsi ilə ümumi olaraq HZ Əli və Əhli-beytini sevənlər adlandırılmısdır.

«şiə» kəlməsi Rəsulallahın (s) zamanında Əli (ə) ibn Əbu Talibin (ə) təqibçilərinə verilən bir addır. Şiə adını həzrət Əlinin (ə) təqibçilərinə verən şəxsən Rəsulallahın (s) özü olmuşdur. Bu kəlmə vəhy sahibinin öz dilindən cari olmuşdur. O Peyğəmbər (s) ki, Allah-təala onun haqqında belə buyurmuşdur: «O, həva-nəfsindən (öz istək, düşüncəsinə görə) danışmaz; söylədikləri yalnız ona vəhy olunan şeydən başqa bir şey deyildir» Əhli sunnənin mötəbər kitabı «Hilyətul-övliya»da İbn Abbasdan belə nəql edir: «Bəyyinə» surəsinin 7-8-ci ayələri – «İman gətirib saleh əməllər edənlər isə, yaradılmışların ən xeyirliləridirlər. Rəbbləri yanında onların mükafatı, içində ağacları altından çaylar axan Ədn Cənnətdir. Allah onlardan razı, onlar da Allahdan razıdırlar» nazil olduqda, Rəsulallah (s) Əli ibn Əbu Talibə (ə) xitabın belə buyurdu: «Ya Əli! «xəyrul-bərriyə»dən (yaradılmışların ən xeyirlilərindən) məqsəd sən və sənin şiələrindir. Qiyamət sən və şiələrin Allahın sizdən, sizin də Allahdan razı və xoşhal olduğunuz halda gələcəksiniz».

Əbul-Müəyyid Müvəffəq ibn Əhməd Xərəzmi «Mənaqib» kitabının 17-ci bölümündə, böyük sunnu müfəssirlərindən olan Hakim Əbülqasim Ubeydullah ibn Əbdullah əl-Həskani «Şəvahidut-tənzil fi qavaidit-təfsil» və Məhəmməd ibn Yusif Gənci Əş-Şafei «Kifayətut-talib» (səh: 119) və Səbt ibn Covzi «Təzkirətu xəvassil-üməti fi mərifətil-əimməti» kitabında (səh: 31 ayəni yazmamaqla), Munzir ibn Məhəmməd ibn Munzir, məxsusən Hakim rəvayət etmişlər ki, böyük sunnu alimlərindən olan Hakim Əbu Əbdullah Hafiz mərfu bir sənədlə bizə xəbər verdi ki, Əmirəl-möminin Əli ibn Əbu Talibin (kərrəməllahu vəchəhu) katibi Yezid ibn Şərahil O həzrətin belə buyurduğunu eşitdiyini nəql edir: «Xatəmul-ənbiya (s) vəfat anında, mübarək kürəyi sinəmin üzərində ikən, buyurdu: «Ya Əli! Allah-təalanın «İman gətirib saleh əməl edənlər, yaradılmışların ən xeyirliləridir» – buyurduğunu eşitmədinmi? Bax, onlar sənin şiələrindir. Mənimlə sizin görüş yeriniz Kövsər hovuzunun kənarıdır.

Bütün ümmət hesab üçün toplaşdıqda, «üzü ağ olanlar» – deyə çağırılacaqsınız». Yenə iftixar edilən sunnu alimlərindən olan və Hicri IX əsrdə əhli-sünnət camaatının yolunun islahatçısı olaraq tanınan Cəlaləddin Syuti «Dürrül-Mənsur fi kitabillahi bil-Məsur» təfsirində zamanın fəzilətlilərindən və böyük alimlerinden etibar etdiyi şəxslərdən olub, İbn Əsakir Dəməşqi (İbn Xəllaqan «Vəfəyatul-əyan», Zəhəbi «Təzgirətül-Huffaz», Xarəzm «Ricalu müsnədi-Əbu Hənifə» və «Təbəqati-Şafeiyyə»də və Hafiz Əbu Said «Tarix»ində onu tərifləmiş və etibarlı şəxs olduğunu söyləmişlər. İbn Əsakir öz zamanında hədis əhli imamı, elmi çox, etibarlı və təqvalı bir şəxs və 550-ci ildən əhli-sünnət camaat alimləri arasında ən elmlisi imiş) adıyla məşhur olan Əbulqasim Əli ibn Həsəndən, o da Peyğəmbərin (s) böyüu əshabından olan Cabir ibn Əbdullah Ənsaridən o Həzrətin (s) belə dediyini nəql edir: «Rəsulallahın (s) hüzurunda olduğumuz bir vaxta Əli ibn Əbi Talib otağa daxil olduqda, Peyğəmbər buyurdu: «Canım əlimdə Olana And olsun ki, bunun (həzrət Əliyə işarə) şiələri Qiyamət günü qurtuluşa yetişəcəklər». Bu əsnada zikr edilən ayə (İnnəlləzinə amənu…) nazil oldu». Yenə eyni təfsirdə İbn Ədiddən, o da İbn Abbasdan belə rəvayət etmişdir: «Həmin ayə nazil olduqda, Rəsuli-əkrəm (s) Əirəl-möminin Əliyə belə buyurdu: «Sən və şiələrin Qiyamət günü Allah sizdən sizin də Allahdan razı olduğunuz halda gələcəksiniz». Mənaqibi-Xarəzmi» kitabının IX bölümündə Cabir ibn Əbdullahdan belə nəql edilmişdir: «Rəsulallahın (s) hüzurunda idik. Əli bizə doğru gəldi. Peyğəmbər (s) «Qardaşım Əli yanınıza cəldi» buyurdu. Sonra Kəbəyə tərəf yönəldi və Əlinin əlini tutub, belə buyurdu: «Canım əlində Olana And olsun ki bu Əli və şiələri Qiyamət günü qurtuluşa çatanlardırlar». Rəsulallah (s) daha sonra belə buyurdu:

«Əli hamınızdan daha əvvəl iman gətirdi; O, Allahın əhdinə vəfalı olanlardandır. Xalqın və sizin aranızda ən adili, ən gözəl və bərabər bölüşdürən və Allah qatında məqamı ən uca olandır». Bu əsnada daha əvvəl zikr olunan ayə nazil oldu; artıq o zamandan etibarən Əli(ə) bir qrupcamaatın arasında göründükdə, Peyğəmbərin (s) əshabına; «Yaradılmışların ən xeyirlisi gəldi» deyirdilər. Yenə İbn Həcər «Səvaiq» kitabının XI babında böyük fəqih və alimlərinizdən olan Hafiz Cəmaləddin Məhəmməd ibn Yusif Zərəndi əl-Mədənidən nəql etmişdir ki, zikr edilən həmin ayə nazil olduqda, Rəsuli-əkrəm (s) Əliyə buyurdu. «Ya Əli! Sən və şiələrin yaradılmışların ən yaxşısıdır; Sən və şiələrin Qiyamət günü Allah sizdən, siz də Allahdan razı olduğunuz halda gələcəksiniz; düşmənlərin isə qəzəbli və (boyunlarına halqalar keçirildiyinə görə) başları yuxarı qalxmadığı bir halda gələrlər». Həzrət Əli «Düşənləri kimdir?» dedikdə, Rəsulallah (s) «Səndən üz çevirən və sənə lənət oxuyan kəslərdir» – deyə buyurdu. Yenə Əllamə Səmhudi özünün «Xəvarihul-əqdeyn» kitabında Hafiz Camaləddin Zərəndi Mədəni və böyük alim və ali fəqihiniz, İbn Səbbaq günyəsi ilə tanınan Nuriddin Əli ibn Məhəmməd ibn Əhməd Maliki Məkkinin «Fusulul-muhimmə» kitabının 122-ci səhifəsindən İbn Abbasdan nəql edir ki, məzkur ayə nazil olduqda Rəsuli-əkrəm (s) Əliyə buyurdu: «O, (yaradılmışların ən yaxşısı) sən və şiələrindir. Qiyamət günündə sən və onlar Allahdan razı, Allah da sizdən razı halda düşmənlərinsə qəzəbli və əlləri boyunlarına bağlı bir halda gələrlər». Yenə etibarlı və əmin sunnu alimlərinizdən olan İr Seyid Əli Həmədani əş-Şafei «Məvəddətül-qurba» və mütəssib İbn Həcər «Səvaiqul-Muhriqə» kitabında həzrət Peyğəmbərin (ə) möhtərəm zövcəsi və möminlərin anası Ümmü-Sələmədən Rəsulallahın (s) belə buyurduğunu nəql etmişlər: «Ya Əli! Sən, əshabın və şiələrin Cənnətdə olacaqsınız; düşmənlərin isə, Cəhənnəm atəşindədirlər».

Allah rəsulu (s.a.s) Əli(ə) və şiələri haqqında buyurur : والذي نفسي بيده إن هذا وشيعته لهم الفائزون يوم القيامة .

“Canım əlində olana and olsun ki, həqiqətən bu (Hz Əli (ə)) və şiələri qiyamət günü nicat tapanlardır.” Hz Rasulullah (sav) Ehli sunne Mənbələri:

1.İbn Əsakir.”Tərcümətul-İmam Əli”.2-ci cild,442-ci səhifə. 2.Xəvarizmi Hənəfi.”Mənaqib”.62-ci səhifə. 3.Hakim Həsəkəni,”Şəvahidut-tənzil”,2-ci cild,362-ci səhifə( Beyrut çapı) 4.Kənci Şafii.”Kifəyətut-talib”,245 ، 313 ، 314səhifələr.(Heydəriyyə çapı) 5.Munavi Şafii.”Əl-Həqaiq”,83-cü səhifə,Hindistan çapı. 6.Siyuti,”Durrul-Mənsur”,6-cı cild,379-cu səhifə. 7.İbn Covzi,”TƏzkiratul-Xavas”,54-cü səhifə. və s. mənbələr. Peyğəmbər (s) şəxsən özü, həzrət Əlinin (ə) tərəfdar və təqibçilərini «şiə», «naci» və «qurtuluşa çatanlar» adlandırmışdır».

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button