“Zülmkar şah rejiminə qarşı atdığım ilk və açıq-aşkar hərəkət, Sistan və Bəlucistan və Cənubi Xorasan xalqı ilə və orada yaşayan alimlər ilə birgə olub”
Həzrət Ayətullahul Uzma Xamenei Sistan, Bəlucistan və Cənubi Xorasan əhalisi ilə görüşdə buyurublar ki, ” Siz əzizlərlə görüş mənim üçün yaddaqalandır. Bu həm Bircənd və Cənubi Xorasan əhalisi, həm Sistan və Bəlucistan əhalisi ilə xatirələrimiz var.
Bircənddə zalım şah rejiminə qarşı ilk açıq mübarizəni mən etdim. 1963-ci ilin Məhərrəm ayında, yəni altmış il bundan öncə. İkinci mübarizəmiz Zahidanda oldu. Bu da 1963-cü ilin Ramazan ayında baş verdi. “Tasua” günündə Bircənddə həbs edildim. “Şəhrbani” təcridxanasına aparıldım. Bircəndlilər Aşura günü “Şəhrbani”-yə hücum edərək, məni ordan azad etmək istəyirdilər. Görkəmli və öncül alimlərdən olan mərhum cənab Təhami buna icazə verməyərək bildirmişdi ki, bu, filankəs üçün problem yaradacaq. O gün insanlar, alimlər bu hərəkatda birlik göstərmişdi, biz heç də tək deyildik. Bircəndin bütün camaatı və böyük alimləri bizimlə bir idi.Həmin ilin Ramazan ayında Zahidana getdim, Zahidanda iki böyük alim var idi; Onlardan biri Şiənin ən öncül alimlərindən olan mərhum cənab Kəfəmi, digəri sünni alimlərindən, mərhum Mövləvi Əbdüləziz Mollazəhi idi . Mən orada da həbs edildim. Tehrana gətirib “Qızılqalaya”-ya apardılar. Rəhmətlik Kəfəmi bizi açıq şəkildə dəstəkləyirdi, rəhmətlik Mövləvi Əbdül Əziz bizim himayımizdə hökm verdi.Nəticə etibarı ilə desək, bu həqir bəndənin Tağut rejimi ilə qarşı-qarşıya apardığım tam açıq-aşkar mübarizəmizdə əsas mərkəz kimi tanınan və elə bu gün də bu iki mərkəzi vilayətin əhalisi, alimləri ilə birgə olmuşdur.”