ArxivXəbər lentiXəbərlər

Moskvada Kərbəla şəhidləri yad edilib

Rusiyanın paytaxtı Moskvada Kərbəla şəhidləri yad edilib.

SalamNews-un xüsusi müxbirinin verdiyi xəbərə görə, Moskvanın mərkəzi məscidində Kərbəla şəhidlərinin üçü günü ilə əlaqədar mərasim keçirilib.

Allah evinə toplaşan müsəlmanlar əvvəlcə “Qurani-kərim”dən ayələr dinləyiblər.

“Əhli-Beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov möminlərə Rusiya Federasiyasında və ümumiyyətlə dünyada məhərrəm ayı ilə bağlı keçirilən mərasimlər barədə məlumat verib.

Qeyd edilib ki, demək olar, dünyanın hər bir nöqtəsində imam Hüseynə (ə) matəmsaxlanılıb.

Daha sonra tanınmış ilahiyyatçılar Kərbəla faciəsinin ağrı-acılarından danışıblar.

Mahir Həziyev imam Hüseyn (ə) və tərəfdarlarının qətlə yetirilməsindən sonra Peyğəmbər (s) Əhli-beytinin (ə) başına açılan müsibətlərdən danışıb.

İlahiyyatçı Yasin Əliyev islam dünyasında niyə məhz imam Hüseynə (ə) 40 gün matəm saxladığını açıqlayıb.

O bildirib ki, imam Hüseyn (ə) öz şəhadəti ilə islamı yenidən dirçəltdi.

Sonda mərsiyyələr deyilib.

Möminlər imam Hüseyn (ə) üçün verilən ehsana dəvət olunublar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button