ArxivXəbər lentiXəbərlər

İran Rusiyaya ərzaq məhsullarının ixracını artırıb Böyüt

İran Rusiyaya ərzaq məhsullarının ixracını artırıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Ərzaq məhsulları istehsalçıları korporasiyasının İdarə Heyətinin sədri Mehdi Təfərrüşi bildirib ki, razılığa əsasən İrandan Rusiyaya ərzaq məhsulları ixracının həcmi iki dəfə artırılaraq 4 milyard dollara çatdırılacaq.

Hökumət tərəfindən ərzaq məhsulları ixracatçıları üçün bir sıra güzəşt tətbiq edildiyini deyən M. Təfərrüşi bildirib ki, onlardan biri gömrük rüsumlarının dəyişdirilməsidir: “Hökumət hazırda bu istiqamətdə iş aparır. Qonşu ölkələrlə gömrük rüsumlarının azaldılması nəzərdə tutulur”.

O qeyd edib ki, müvafiq addım İranın qonşu ölkələrin, o cümlədən Azərbaycanın bazarında rəqabət imkanlarının genişlənməsinə hesablanıb. “Biz hazırda Azərbaycana məhsulları ixrac edirik. İxrac həcmini artırmaq və Türkiyə kimi ölkələrlə rəqabət aparmaq istəyirik”.

Qeyd edək ki, Tehranda 24-cü “İran Agro Food” sərgisi keçirilir. Sərgi bu gün başa çatacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button