AktualAktualArxivIslammədəniyyatNardaranŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ziyaus-Salehin Xalq Təşkilatının Hacı Tale Bağırzadəyə dəstək Bəyanatı

Ziyaus-Salehin Xalq Təşkilatı Azərbaycan Respublikasının təhlükəsizlik məmurlarının müqəddəsləri və Uca Allahı təhqir etməsinə qarşı Hacı Tale Bağırzadənin şəhadəttələb hərəkatına dəstək olaraq bəyanat yayıb.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ziyaus-Salehin Xalq Təşkilatı nın Hacı Tale Bağırzadənin şəhadəttələb hərəkətinə dəstək bəyanatının mətni aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

Əziz və qeyrətli müsəlman Azərbaycan xalqı!

Bununla bildirilir ki, Azərbaycan Müsəlmanları Birliyinin sədri Hacı Tale Bağırzadənin şəhadəttələb hərəkəti indiki dövrdə ilahi və hüseynçi bir hərəkət olaraq qəflət yuxusunda yatmış vicdanları oyanmağa və Allah yolunda hərəkət etməyə çağırır. Buna görə də qiyamətdə İmam Hüseyn (ə), məsum imamlar (ə), şəhidlər və haqq yolunun dəvətçiləri qarşısında xəcalətli olmamaq üçün müqəddəs Qüdsün qəsbkarları və işğalçıları, qaniçən və uşaq qatili sionist rejimlə əlbir olan, Allahı və Onun dinini belə həyasızcasına təhqir edən Azərbaycan Respublikası hökumətinin zülmkar məmurlarına qarşı sakit qalmamalı lazımi və mümkün olan bütün tədbirləri görmə li, kiberməkanda və real həyatda Azərbaycan Respublikasının həyasız hökmranlarının qəddar davranışlarına layiqli və yetərli cavab verməliyik.

Hacı Tale Bağırzadə haqqında indiyə qədər susmuşuqsa və biganə olmuşuqsa, onun sözlərinin dərinliyinə və ilahi ruhuna diqqət yetirək və haqq yolunun bu şamını qoruyaq, Aşura qiyamının davamı olaraq zülmə qarşı ayağa qalxmış Azərbaycanın diri şəhidinin “Mənə kömək edən varmı?” çağırışına cavab verək, Allahın dinini və haqq cəbhəsinin mübarizlərini müdafiə edək.

Allah-Təala onu və yoldaşlarını İslam üçün qorusun, hamımızı bəşəriyyətin sonuncu xilaskarının zühuru üçün zəminə yaradanlardan qərar versin. İnşallah.

Tövfiq Allah tərəfindəndir

Ziyaus-Salehin Xalq Tə şki latı

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button