ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ziyanları bərpa etmək asan olmayacaq – Aktual şərh

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ölkənin 10 vilayətində böyük dağıntılar törədib. Beynəlxalq medianın bildirdiyinə görə, zəlzələ ərazilərində toplam 13.5 milyon insan yaşayır. Bu, ölkə əhalisinin 15.7 faizi deməkdir. Dağıntılar nəticəsində minlərlə insan həyatını itirib. Dağılan bina sayı da minlərcədir. Dağıntının miqyası böyükdür, yalnız yaşayış binaları deyil, xəstəxana və məktəblər, ictimai tikililər, yol və nəqliyyat infrastrukturları, iş yerləri də dağılıb.
Baş verən fəlakət təkcə insan itkiləri deyil, ciddi iqtisadi itkilər də doğurub. Ekspertlərin fikrincə, zəlzələnin ölkə iqtisadiyyatına təsirinin tam aradan qaldırılması üçün illərlə uzana bilər. Unutmaq olmaz ki, Türkiyə iqtisadiyyatı onsuz da son illər o qədər də yaxşı günlər yaşamır. Bu baxımdan, zəlzələnin vurduğu zərər və bərpa prosesinə ayrılan xərclər ölkə iqtisadiyyatını daha çətin duruma sala bilər.
Türkiyə hökuməti təcili yardım fəaliyyətinə, ilkin olaraq, 100 milyard türk lirəsi dəyərində büdcə ayırıb.
Ekspertlər deyirlər ki, zəlzələ nəticəsində Türkiyədə ümumi daxili məhsulun (ÜDM) həcmində 0.6-2 faiz azalma baş verə bilər.
Rəsmi göstəricilərdən aydın olur ki, Türkiyədə ÜDM-in formalaşmasında zəlzələ bölgələrinin payı 9.3 faizdir. Zəlzələ olan ərazilərin ölkə sənayesindəki payı isə 11.1 faizdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button