ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Zelenski: Mən yalnız Putinlə danışmağa hazıram

Qafqaz.ir “RBC” telekanalına istinadən xəbər verir ki, dövlət başçısı bunu İtaliyanın “Rai 1” telekanalına müsahibəsində deyib.

“Rusiya Federasiyası ilə danışıqlara gəlincə, bu məsələ hər gün daha da mürəkkəbləşir. Mən şəxsən belə düşünürəm, çünki kiçik şəhərlər hər gün işğaldan azad edilir və biz rus hərbçilərinin qoyub getdiyi zorakılıq, işgəncə izlərini görürük. Və buna görə də danışıqların mümkünlüyü ilə bağlı məqam daha da mürəkkəbləşir”, deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna cəmiyyəti 8 il ərzində Rusiya Federasiyası ilə danışmaq istəyib.

“İndi cəmiyyət buna müsbət yanaşmır. Mən prezident kimi Putinlə danışmağa hazıram, ancaq onunla, onun vasitəçiləri olmadan və dialoq şərtləri əsasında, ultimatumlarla deyil”, deyə Ukrayna lideri əlavə edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button