ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında telefon danışığı olub

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında ötən gün telefon danışığı olub.
Qafqaz.ir-un xəbərinə görə tərəflər hərbi əməkdaşlıq məsələlərini, habelə əhəmiyyət kəsb edən digər məsələləri müzakirə ediblər.
İranın Tasnim Agentliyinin məlumatına görə tərəflər Azərbaycan-Ermənistan arasında son qarşıdurmanı və gərginliyin azaldılmasını müzakirə edib, problemlərin sülh və danışıqlar yolu ilə həllinə təkidlə yanaşıblar.
Məlumata görə Zakir Həsənov bu telefon danışığında Azərbaycanın Ermənistan ərazisində gözü olmadığını və burada heç bir hərbi əməliyyat keçirmək niyyətində olmadığını bildirib.
Zakir Həsənov və Məhəmməd Baqeri Birgə Hərbi Komissiyanın razılaşmalarının həyata keçirilməsini müzakirə edib, iki ölkənin sərhədlərində birgə və ya koordinasiya edilmiş təlimlərin keçirilməsinə hazır olduqlarını açıqlayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button