ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Zahid Oruc qərbin Qafqaz planını ifşa edib

Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Sputnik Azərbaycana verdiyi müsahibədə qərbin Cənubi Qafqaz planını ifşa edib.

Zahid Oruc qərb ölkələrində Azərbaycan Respublikasına qarşı nifrətin və onun nəticəsi olaraq qəbul edilən anti-Azərbaycan qərarların erməni lobbisinin fəaliyyəti ilə əlaqədar olduğu barədə əsaslandırmaları kökündən rədd deyib: “Sistemli olaraq Fransa kimi ölkənin bilavasitə fitvası ilə Benilüks ölkələri, Azərbaycan əleyhinə dinləmələr təşkil edir. Bunlar Azərbaycana qarşı Ermənistan parlamentindən daha kəskin mövqedə dayanırlar. Məndə belə bir qənaət formalaşıb ki, bu baş verənlər heç ermənilərin özlərinin iradəsi altında deyil. Onlar bu prosesə müqavimət göstərsələr də, səmərə verməz, çünki onlardan alət kimi yararlanırlar.”

Deputat NATO-nun keçmiş rəhbəri Anders Foq Rasmussenin Ermənistana səfərinə diqqət çəkib və qərb dünyasının Cənubi Qafqaz planını belə ifşa edib:  “İllər ərzində bir dəfə də olsun işğal olunmuş ərazilərə baxış keçirməmiş bu şəxs indi sərhədimizə boylanır. Yəqin ki, bir azdan da NATO-nun hazırkı Baş katibi Stoltenberq Göyçə dağlarından keçib, ərazilərimizdəki prosesləri izləyəcək. Prosesləri qabaqcadan təxmin etmək mümkündür. Azərbaycanı təxribata cəlb etmək üçün silahları işə salacaqlar. Biz cavab verəndə isə yerdə Aİ missiyası vasitəsilə bunu hesabatlara daxil edəcəklər. Sonra isə yenə ATƏT və Avropa Parlamentində bizə qarşı qərarlar qəbul edəcəklər. Nəhayətdə isə bu qərar və qətnamələrlə bölgəni internasional savaşın meydanına çevirəcəklər”.

Hakim partiyanı parlamentdə təmsil edən deputat qərb dövlətlərinin ikinci Qarabağ müharibəsindən sonra bu planı artıq aşkar formada həyata keçirdiklərini bildirib:

“Onların planı bundan ibarətdir və əsas strategiyanı belə seçiblər. Bu, son üç ildə artıq pərdə arxasından çıxmış açıq siyasətdir. Belə şəraitdə gördüyümüz mənzərə ondan ibarətdir ki, beynəlxalq təşkilatlar əsas missiya və vəzifələrini kənara atıb xarici siyasət alətinə çevriliblər” – deyə Zahid Oruc fikirlərini yekunlaşdırıb.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button