ArxivIslamXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İctimai Birliyi Qüds günü ilə bağlı bəyanat yayıb

“Maarifçiliyə Dəvət” İctimai Birliyi Qüds günü ilə bağlı bəyanat yayıb.

İctimai Birliyin Mətbuat Xidmətindən HEDEF14.org-a verilən məlumatda bildirilir:
«23.06.2017 tarixində “Maarifçiliyə Dəvət” İctimai Birliyinin İdarə Heyəti və üzvlərinin iştirakı ilə beynəlxalq Qüds günü ilə əlaqədar olaraq toplantı keçirilmişdir. Toplantıda Qüds gününün tarixi, əhəmiyyəti və strategiyası haqda müzakirələr aparılmışdır. Eyni zamanda Qarabağ və dünyanın başqa problemlərinin həlli istiqamətində Qüds gününün əhəmiyyətindən söz açılmışdır. Toplantının sonunda bəyanat qəbul edilmişdir.
Bəyanatda deyilir:
Mübarək Ramazan ayının sonuncu cüməsi İslam dünyasında “Qüds günü” kimi qeyd edilir.
Mərhum İslam alimi və mütəfəkkiri ayətullah Ruhullah Xomeyninin təşəbbüsü ilə qeyd edilən bu gün, dünyada haqqı pozulan müsəlmanların, həmçinin bütün azad insanların haqsızlığa və zülmə etiraz etmələri günü kimi,vəhdət günü kimi böyük əhəmiyyətə malikdir.

Beynəlxalq Qüds gününün Ramazan ayında olmasının xüsusi bir əhəmiyyəti var. Çünki onların ehtiva etdiyi dəyərlər arasında birbaşa əlaqə vardır.
Belə ki, mübarək Ramazan ayı mahiyyətcə insanlarda təqvalılığı artırmaq üçündür. Qüds günü də məhz təqvalıların günüdür. Mübarək Ramazan ayının əsas hədəfi kamilləşdirməkdir. Qüds günü də kamilləşərək Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq günüdür.
Qüds günü azad insanların günüdür. Mübarək Ramazan ayının Qədr gecələrindən kamilləşərək çıxmış insanın təvəlla və təbərra günüdür Qüds günü.
Əqsa məscidi, Qüds şəhəri, Fələstin torpaqları bir simvoldur. Əslində isə Qüds günü bütün dünyada işğala yox demək günüdür. Deməli Qüds günü həm də Qarabağ günüdür. Həmçinin bu gün Yəmən, Bəhreyn, Suriya, İraq, Əfqanıstan məzlumları ilə həmrəylik günüdür. Ümumilikdə dünyanın hər hansı bir yerində zülm edilirsə, Qüds günü həm də oranın günüdür.
Son olaraq vurğulamaq lazımdır ki, başda Qüds və Qarabağ olmaqla, bütün işğala mərz qalmış ərazilər qeyd-şərtsiz azad olunmalı, öz həqiqi sahiblərinə qaytarılmalı və o torpaqlarda haqq-ədalət bərqərar olmalıdır.
Ümid edirik ki, Qüds günü gələcəkdə daha da vüsət alacaq və bütün dünyada haqq aşiqlərinin vəhdətini simvolizə edərək ali məqsədlərə çatacaq.»

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button