ArxivIslamXəbər lentiXəbərlər

İcra başçısı Şəhid atasını təhdid edir: “Oğlunun Şəhidlik statusunu ləğv etdirəcəm”-VİDEO

“Mənim oğlum Nurlan Abdullayev 5 aprel 2016-cı il tarixində Şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. Mən oğlum Nurlanın Vətənin azadlığı uğrunda Şəhid olması ilə fəxr edirəm. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayev onun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə şikayət etdiyim üçün ailəmizi təzyiqlərə, hədələrə məruz quyub.” Sözlərin müəllifi Şəhidimiz Nurlan Abdullayevin atası Rasim Abdullayevdir.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Rasim bəy media qurumlarının elektron poçt adresinə göndərdiyi məktubda evlərinin yararsız vəziyyətdə olduğu üçün ölkə başçısı İlham Əliyevdən kömək istədiyini bildirb: “Cənab prezidentdən yeni mənzil inşa edilməsinə kömək göstərməsini xahiş etmişdim. Həmin ərizəm icra olunması üçün Zərdab Rayon İcra Hakimiyyətinə göndərildi. Bundan hiddətlənən Lütvəli Babayev məni və həyat yoldaşımı hədələyib təhqir edib dedi ki, oğlunuzun Şəhid adını əlindən aldıracam.”
Rasim bəy daha sonra qeyd edir ki, həyat yoldaşı belə bir hadisə baş verərəcəyi təqdirdə intihar edəcəyini söyləyib: “Həyat yoldaşım bu alçaqlığa görə intihar etmək istəyir. Artıq bu haqsızlığa görə xəstəlik tapmışıq. İnsan nə qədər əzazil olar ki, Şəhid olmuş şəxsin valideyinlərinə camaatın gözü qarşıında çəkinmədən belə yaramazlıq edə. Mən özüm Qarabağ müharibəsi veteranıyam, qaynım Mustafayev Qaraoğlan Ağamirzə oğlu 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Mənim oğlum şəhid Nurlan hərbi xidməti Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi.
Картинки по запросу Şəhid Nurlan Abdullayev
Nurlan Abdullayev
Zabit olmaq üçün oxuyurdu. Şəhid Nurlan hərbi xidmətdə fərqlənməyə görə dəfələrlə orden və medallarla təltif olunmuşdu. Oğlum məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına Şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətləri bizi çox sarsıtdı. Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini Şəhid ruhuna təhqir hesab edirik. Mən mətbuat vasitəsi ilə cənab İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirəm gəlib bizim ailə vəziyyətimizi, ev şəraitimizi görüb bizə yaxından kömək etsinlər.”
Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayev
Lütvəli Babayev
Qeyd edək ki, Zərdab rayonunun icra başçısı Lütvəli Babayev toy məclislərindən birində etdiyi çıxışında prezident İlham Əliyevin sayəsində ermənilərin 20 faiz torpaqlarımızı işğal etdiyini bildirmişdi. O, bu açıqlamasına görə nə xalqdan, nə də ölkə başçısından üzr istəmədi. Görünən odur ki, Lütfəli Babayev toxunulmazlıq statusu verilən məmurlardandır.
P.S
Yazıda adı çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. 
Qeyd edək ki, hazırda həbsdə olan siyasi məhbus, jurnalist Mehman Hüseynov həbsindən öncə Şəhid Nurlan Abdullayevin böyüyüb boya-başa çatdığı evində olmuşdu və onun valideyinləri ilə görüşmüşdü.
Related items

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button