AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ərdəbilin imam cüməsi Azərbaycan əhalisini etikaf mərasimində geniş iştirak səslədi

Ayətullah Amili deyib: “İranın Suriyada iştirakı müşavirə xarakteri daşıyır. İranın hərbi müşavirlərə çəkdiyi xərc bizim xalqımızın və ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçir. Çünki İŞİD-in arzusu və məqsədi dünyada şiələri soyqırım etməkdir”.
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbilin bu həftəki cümə namazına rəhbərlik edən Ayətullah Seyid Həsən Amili şəhid Səyyad Şirazinin xatirəsini uca tutaraq deyib: “Uca məqamlı şəhid Səyyad Şirazi ideal İslam ordusu üçün ideal bir simvol idi. O, ixlas, şücaət, fədakarlıq, cihad, yorulmamazlıq, vilayət və bir çox ictimai dəyərlərdə hərbi birləşmələr üçün layiqli və üstün örnək idi”.
Xətib daha sonra etikafın fəzilətlərindən söz açaraq deyib: “Etikaf dinimizin təzahürlərindən biri olaraq, insanın özünü saflaşdırması, nəsfinin üzərində işləməsi, özünü Allaha yaxınlaşdırması, təfəkkür etməsi, texniki həyatının pasını təmizləməsi üçündür və “özlərinə gəlib ayılmaları”nın nümunəsidir”.
Ayətullah Amili Azərbaycan Respublikası xalqını da ötən illərdən daha əzəmətli şəkildə etikaf mərasimində iştirak etməyə dəvət edib.
Ərdəbil əyaləti əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi bu həftə İŞİD-in İran İslam Respublikasını təhdid etməsinə də toxunaraq deyib: “Bu təhdid (səhv) etiqadi, fiqhi təfəkkür və dini mətnlərdən özünəməxsus bir nəticə çıxarmaq əsasındadır. İŞİD-çilər, sələfilər və vəhabilər bu düşüncə və etiqadla dünyada şiələrə qarşı soyqırım həyata keçirmək niyyətindədir. İran şiələrin və onların qüdrətinin əsas mərkəzi olduğundan İŞİD-in bütün məqsədi İrana qarşı yönəlib”.
Ayətullah Amili əlavə edib: “Bu təhlükəli təhdidlər tələb edir ki, İran öz sərhədlərindən qıraqda davamlı əmin-amanlıq, təhlükəsizlik ardınca olsun. İranın Suriyada iştirakı İranın təhlükəsizliyini müdafiə etməkdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button