ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Yəməndə Səudiyyə rejimi tərəfindən öldürülən uşaqların sayı 8 mini keçib

Qafqaz.ir  Rasthaber-ə istinadən xəbər verir ki, Yəmənin qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən “İntisaf” hüquqi təşkilatı ABŞ-ın rəhbərlik etdiyi Səudiyyə-BƏƏ koalisiyasının cinayətləri və qətlləri ilə bağlı yeni hesabat dərc edib. Təşkilat öz hesabatında Yəməndə bu hücumun başladığı səkkiz il ərzində 8116 uşağın öldürüldüyünü və yaralandığını açıqlayıb. 1 milyon 400 min yəmənli uşaq əsas hüquqlarından məhrumdur, 2 milyon 300 mindən çox uşaq isə 5 yaşa qədər qida çatışmazlığından əziyyət çəkir. Beynəlxalq səviyyədə qadağan olunmuş silahların istifadəsi səbəbindən hər gün 80-dən çox körpə ölür. Vaxtından əvvəl doğulan körpələrin sayının artması da ölüm səbəblərindəndir. İş o yerə çatıb ki, hər il yəmənli körpələrin 39%-i vaxtından əvvəl doğulur ki, bu da 1 milyon 120 min körpə deməkdir. Bu kontekstdə Yəmən Milli Azadlıq Hökumətinin Sənada yerləşən Səhiyyə Nazirliyinin müşaviri Dr. Nəcib əl-Kəbati deyib: “Yeni doğulan körpələrin 39 faizi vaxtından əvvəl doğulur ki, bu da 2015-ci ildə müharibə başlamazdan əvvəlki dövrlə müqayisədə kəskin artımdır. Səudiyyə koalisiyasının hücumları və qadağan olunmuş silahlardan istifadə Yəməndə vaxtından əvvəl doğulan körpələrin əsas səbəbidir. Bunlar insan haqları institutlarının dəfələrlə Yəmən müharibəsində istifadə edildiyini bildirdiyi və qınadığı silahlardır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button