ArxivIslamXəbər lentiXəbərlər

Dərbənddə sələfi axund zorlama ittihamı ilə həbs olundu

qafqaz.ir-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, hüquq mühafizə orqanlarının əməkdaşları Dərbənd məscidlərinin birinin axundunu həbs ediblər.

Hacırəsul  adlı axund,  yerli sakin Mədinə Q. adlı qızı zorlamağa cəhddə ittiham olunur.

Verilən məlumata görə, 9 fevral yerli saatla 19:00-dan 22:00-a kimi sələfi axund adı qeyd olunan qızı məscidin ərazisində güclə saxlamış, ona qarşı həyat təhlükəsi olmayan zor tətbiq edərək mobil telefonlarını ələ keçirmiş və onunla  cinsi əlaqəyə girməyə cəhd etmişdir.

Hazırda sələfi axunda qarşı cinayət işi açılıb.

Qeyd edək ki, həbsdən sonra dərbənli vəhhabilər aksiya keçirməyə cəhd ediblər.

qafqaz.ir-a Dağıstandan verilən məlumata görə, həbs olunan şəxs Hacırəsul Huseynov adlı vəhhabi əqidəsində olan şəxsdir. O, “Aeroport” rayonunun məscidində axundluq edib. Mənbəmiz vəhhabi axundun iki oğlu haqda da ilginc məlumatlar verib. Məlumata görə, onun İbrahim adlı  oğlu 2010-cu ildə hüquq mühafizə orqanları tərəfindən sənədlərinin yoxlanması zamanı özündə olan əl qumbarasını partlatmış, nəticədə həyatını itirib.

Digər oğlu – Əlisultan isə Rusiya Hüquq Mühafizə orqanları tərəfindən axtarışa verilib. Onun Suriyada terrorçu qruplaşmalara qoşulduğu önə çəkilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button