ArxivXəbər lentiXəbərlər

Moskvada Qüds Günü qeyd edilib – Fotolar

Müqəddəs Ramazana ayının son cüməsi – Qüds günü Rusiya Federasiyasının paytaxtında artıq günlərdir gündəmdə olan mövzulardandır. Belə ki, Qüds gününə – Fələstin probleminə həm dəyirmi masalar, həm mətbuat konfransları, həm də mitinqlər şəkilində həsr olunmuş tədbirlər keçirilib.
Hədəf14.az xəbər verir ki, “Əhli Beyt” cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə rühanilər, diaspor nümayəndələri Moskva müsəlmanlarının Qüds gününə olnan münasibətini və bu günün əhəmiyyətini qeyd ediblər. Cəmiyyət Sədri Nizami Baloğlanov bu günün tək Fələstinə deyil, bütün işğal olunmuş müsəlman torpaqlarına adi olduğunu qeyd edib.
Rühani Asif Bağırov da Müqəddəs Ramazan ayının son gününün, məhz, işğal olunmuş müsəlman torpaqlarına diqqət çəkməyin əsas məqsədi müsəlmanları birliyə və dirliyə dəvət etməkd’ gördüyünü vurğulayıb.
Müsəlmanlar qarşısında çıxış edən Oktay Məmmədov isə nitqində Qüds günün sadəcə qeyd etməklə kifayətlənməyin az olduğunu, bu günün hiss olunmasının vacibliyini bildirib. Qeyd edib ki, hər bir müsəlman zülmə və haqsızlığa qanun çərçivəsində etiraz etməlidir.
Nəzərinizə çatdıraq ki, Moskvada İsrail səfirliyi qarşısında Qüds günü ilə əlaqədar etiraz aksiyası da keçirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button