Məlumata görə, təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən səhiyyə xidmətlərinin birgə təqdim olunması üçün səhra hospitalı qurulsun.
Məlumatda bildirilir ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.
Sosial şəbəkə istifadəçilərinin şərhlərinin araşdırılması göstərir ki, Azərbaycan Respublikası vətəndaşları, Qarabağ ermənilərini öz şəhərlərində görmək istəmirlər. Bu reallıq isə rəsmi Bakının tələsik tədbirlərinə rəğmən reinteqrasiya qarşısında ciddi problemlərin olacağını deməyə əsas verir. Həmçinin bəzi istifadəçilər Xankəndi şəhəri yaxınlığında səhra hospitalının yaradılması təklifinə “Niyə Xankəndinin özündə deyil onun yaxınlığında?” sualı ilə reaksiya veriblər. Bəziləri bunun səbəbinin Xankəndinin ən azından 2025-ci ilədək Rusiyanın nəzarətində qalacağı ilə izah ediblər.