ArxivQarabağXəbər lentiXəbərlər

Xocalı faciəsindən bəhs edən film Tehranda beynəlxalq festivalın əsas müsabiqəsində iştirak edir

Kinorejissor Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən “Dərdimi çəkirəm” filmi 16-cı Tehran Beynəlxalq Film Festivalının əsas müsabiqəsində iştirak edir.

Qafqaz.ir APA-istinadən xəbər verir ki , filmin bu festivalda iştirakını Azərbaycanın informasiya savaşındakı ardıcıl uğurlarının məntiqi davamı kimi qiymətləndirmək olar.

Xocalı faciəsinin ağrı-acılarını, erməni vəhşiliyinin miqyasını özündə ehtiva edən filmin dünya ölkələrinə aid filmlərlə birgə nümayişi, təbliğat baxımından olduqca əhəmiyyətlidir. İlk dəfə olaraq Xocalı hadisələrinə həsr olunmuş hansısa əsər belə nüfuzlu irimiqyaslı beynəlxalq festivalda nümayiş etdirilir.

“Resistance” Beynəlxalq Film Festivalı İranın ən nüfuzlu beynəlxalq festivallarından biri hesab olunur. Qeyd edək ki, 16-cı Tehran Beynəlxalq Film Festivalına bu il 3700-dən çox müxtəlif janrda film təqdim olunub və onlardan yalnız 145-i iştirak hüququ qazanıb.

Festivalın birinci hissəsi sentyabrın 27-də baş tutub. İkinci mərhələ isə 21-27 noyabr aralığında həyata keçirilir. Festivalda əsasən İran, Hindistan, ABŞ, Türkiyə, Braziliya, İspaniya, İngiltərə, İtaliya, Fransa, Argentina, Meksika, Rusiya, İndoneziya, Azərbaycan, Gürcüstan, Yaponiya və digər ölkələrin filmləri nümayiş etdirilir.

“Dərdimi çəkirəm” filmi Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq çəkilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button