ArxivIslamXəbər lentiXəbərlər

AİP lideri Hacı Mövsüm Səmədov xalqımızı təbrik etdi

Azərbaycan İslam Partiyası Mətbuat Xidmətinin verdiyi məlumata görə qurumun sədri Hacı Mövsüm Səmədov İslam Peyğəmbəri Həzrət Muhəmməd (s.ə.s) –in, müsəlmanların altıncı imamı İmam Cəfər Sadiq (ə.s)-ın mövludunun ildönümü və “Vəhdət həftəsi” münasibətilə xalqımızı, dünya müsəlmanlarını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz Peyğəmbərimiz Həzrət Muhəmməd Mustafa (s.ə.s)-in, müsəlmanların altıncı imamı İmam Cəfər Sadiq (ə.s)-ın mövludunun ildönümü, əsası İmam Xomeyni tərəfindən qoyulan “Vəhdət həftəsi” şanlı tarixi günlər münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allahdan hər kəsə, mömin qardaş və bacılara, ailələrə bu izzətli və şərəfli bayramların xeyir və bərəkətini, tarixi zərurətdən doğan, bəşəriyyət üçün, xüsusən müsəlman dünyasından ötrü dövrümüzün ən vacib və talehyüklü vəzifə olan “Vəhdət həftəsi”nin mahiyyətinin və fəlsəfəsinin dərk edilərək əməli həyata keçirilməsini diləyirəm.

Bu gün müsəlman dünyası və onun bir parçası olan doğma Vətənimiz çətin imtahan qarşısındadır. Ədalətsiz müharibələr, işğallar, istismarlar müsəlmanlara acı fəryadlar yaşadır. Əfqanıstanda, iraqda, Suriya və Yəməndə, Bəhreyndə, Liviyada imperiya qüvvələrinin təhriki ilə vətəndaş müharibələri gedir. Amerikanın, İsrail sionist rejimlərinin silahları və himayəsi ilə terrorçular  bu məmləkətlərdə nahaq qanlar axıdır. Qarabağımız 30 ilə yaxındır ki, erməni qəsbkarlarının işğalı altındadır.

Bütün bunlara baxmayaraq bizə, bu günümüzə, sabahımıza aydın yollar göstərən Peyğəmbərimiz (s.ə)-in, onun Əhli-beyt(ə.s)-ın anım və mövlud günlərini dövlət səviyyəsində lazımınca qeyd edə bilmirik. Düşmənlərimiz bundan istifadə edərək üstümüzə gəlir, vəhdətimizi pozur, sərvətlərimizə əl qoyurlar. Bu gün müsəlman dünyasının bayramlarımızı böyük şövqlə qeyd etmələrinə, sarsılmaz birlik və vəhdət yaratmalarına ciddi zərurət həmişəkindən daha çoxdur. Məhz Qarabağımızın işğaldan azad olunması da mən deyərdim ki, bu sıx vəhdətdən, birlikdən keçir.

Mən bir daha xalqımızı bu şanlı bayramlarımızın ildönümü  münasibətilə təbrik edirəm, haqq və ədalət uğrunda mübarizədə hər kəsə əzm, iradə və uğurlar diləyirəm.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button