ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

XİN rəhbəri: Avropa İttifaqı öz mövqeyini düzəltməsə, İran NPT-dən çıxa bilər

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa Parlamentinin İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı qərarına cavab olaraq, Avropa İttifaqının, mövqeyində düzəliş etməyəcəyi təqdirdə İran İslam Respublikasının Nüvə Silahlarının Yayılmaması Müqaviləsi NPT-dən çıxmasının mümkünlüyünü bildirib.
Xarici işlər naziri mətbuata açıqlamasında deyib: “Əgər avropalılar rasional hərəkət etməsələr və mövqelərini islah etməsələr, o zaman İran İslam Respublikasının Nüvə Silahlarının Yayılmaması Müqaviləsi NPT-dən çıxması mümkündür”.
Əmir Abdullahian Avropa Parlamentinin rasional deyil, emosional qərar verdiyini və bunun şou xarakteri daşıdığını vurğulayıb və əlavə edib: “İran parlamentinin Avropa Parlamentinə cavab vermək üçün qəbul etdiyi qətnamə layihəsi əks tədbirdir və Avropa qüvvələrini terrorçu ordu hesab etməsi hökumət üçün məcburi olacaq”.
Əmir Abdullahian Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Cozep Borrell və Avropa İttifaqının dövriyyədəki prezidenti ilə söhbətlərinə toxunaraq, deyib ki, qətnamə məcburi deyil və sadəcə olaraq Avropa Parlamenti nümayəndələrinin bir hissəsinin hisslərinin ifadəsidir.
İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxması və ya MAQATE müfəttişlərinin ölkədən çıxarılması ehtimalının İranın əks tədbirlərindən biri olub-olmayacağı ilə bağlı sualın cavabında xarici işlər naziri deyib: “Əgər Almaniya xarici işlər naziri də daxil olmaqla, diplomatiya sahəsində heç bir təcrübəsi olmayan bir neçə Avropa siyasi lideri rasionallıq istiqamətində hərəkət etməsələr və mövqelərini düzəltməsələr, hər hansı bir ehtimalı təsəvvür etmək olar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button