ArxivFilm​SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

XİN başçılarının Düşənbə görüşündə nələr müzakirə olunub?/film

,Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli bəyanatlarına ciddi əməl etməyə hazır olduqlarını təsdiqləyiblər.

Əsas istiqamətlər üzrə üçtərəfli sazişlərin həyata keçirilməsində, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında,  Rusiyanın yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonradan demarkasiyası prosesinin başlanması üzrə səylərdə irəliləyiş qeyd edilib.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair sazişin hazırlanması mövzuları müzakirə edilib və Rusiya tərəfi də bu işə hər cür töhfə verməyə hazırdır.

Nazirlər Azərbaycan  və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında Rusiyanın iştirakı ilə dialoqun davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button