ArxivXəbər lentiXəbərlər

Ledi Qaqanın Bakı səfəri: 10 dəqiqəyə 2 milyon

Azərbaycanda keçirilən Avropa Oyunlarının açılış mərasimində bir mahnı oxuyan amerikalı müğənniyə 2 milyon dollar pul verilib.

İslaminsesi.org-un “Eurosport”a istinadən verdiyi xəbərə görə, amerikalı müğənni Ledi Qaqanın Avropa Oyunlarının açılış mərasimində 10 dəqiqəlik çıxışına görə aldığı qonarar London Olimpiadasının açılışında ifa edən Pol Makkartninin qonorarı ilə müqayisədə çox gülməlidir. Belə ki, Ledi Qaqadan daha məşhur olan Pol Makartini London Olimpiadasının açılışında ifası üçün şərti olaraq 1 funt qonarar almışdı.

“İmagine” mahnısına görə Ledi Qaqaya Azərbaycan hökumətinin ödədiyi qonarar isə ifrat çoxluğu ilə bütün dünyanın heyrətinə səbəb olub.

Hətta məşhur “Eurosport”da bu mövzu ilə bağlı dərc etdiyi yazıda belə sual qoyur: Bu çıxışa görə bu qədər pul verməyə dəyərdimi?

Onu da qeyd edək ki, Ledi Qaqa Bakıya Avropa Oyunlarının açılışından bir-neçə gün öncə gəlsə də Bakının bahalı otellərindən birində gizlənib ki, gəlişi sürpriz olsun.
Aylardır maaşı kəsilən, iş yerlərində kütləvi ixtisarlar zamanı işini itirən azərbaycanlılar üçün yəqin ki, 2 milyona bir mahnı mızıldanan Ledi Qaqanın gəlişi çox böyük “sürpriz” olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button