ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Füzuli hava limanının açılışı olub

Azərbaycanın işğaldan azad olunan Füzuli rayonunda Beynəlxalq Hava Limanının açılışı olub.

Qafqaz.ir -nin məlumatına əsasən,Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

Füzuli aeroportunun təməli cari milad ili yanvarın 14-də İlham Əliyev tərəfindən qoyulmuşdu.

Azərbaycan Respublikası rəsmi qaynaqlarından verilən məlumata görə Aeroportun uçuş-enmə zolağının uzunluğu 3 000 metr, eni isə 45 metrdir. Perron sahəsi 60 min kvadratmetr olan hava limanında müxtəlif növ təyyarələrin dayanacağı var. Yönəldici yolun sahəsi 6 500 kvadratmetr, aeroporta giriş yolu 5 000 kvadratmetr təşkil edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button