Xalqa xidmət, bütün müdirlər və nazirlərin sərlövhəsi olsun Bu gündən cavabdeh olmalıyıq.
İranın seçilmiş prezidenti Həzrət Əli(ə)-ın Nəhcülbəlağədə gələn «Xalqın qarşısında dayanmamalıyıq» kəlamına istinadla bildiribdir ki:
Xalqa xidmət, bizim seçəcəyimiz bütün müdirlər və nazirlərin həyatının sərlövhəsi olmalıdır və bütün varlığımızla bu xalqa məhəbbət bəsləməliyik. Bu, şəxsi rəftarımız və bizim inamımızdır.
İranın seçilmiş prezidenti prezidentlik hökmünün verilməsi mərasimində Mövlananın şerlərindən birindən bir beyt oxumaqla öz çıxışına başladı:
گر صید عدم شوی ز خود رسته شوی، ور در صفت خویش روی بسته شوی؛ میدان که وجود تو حجاب ره توست، با خود منشین که هر زمان خسته شوی
O, sonra İran İslam İnqilabının mərhum memarı Həzrət İmam Xomeyni (r.ə)-in, həmçinin əziz İranın başıuca şəhidlərinin, xüsusən vətən sərkərdəsi- şəhid general-leytenant Qasım Süleymaninin xatirələrini yad edib. Pezeşkiyan dövlət şəhidləri- şəhidlər Rəcayi və Bahünərin və xidmət şəhidi Ayətullah Rəisinin və quruluşun bütün şəhid xadimlərinin pak ruhlarına salam göndərib.
İnqilab Rəhbərinə minnətdarlıq edən Pezeşkiyan söyləyib: On dördüncü prezident seçkilərində fərqli siyasətlərdən olan təfəkkürlərin mənalı rəqabəti və xalqın təsirli iştirakına meydan verdiklərinə görə, İslam İnqilabının Böyük Rəhbərinin lütfü və tədbirinə təşəkkür edirəm.