Xəbərlər

Vladimir Putin: Rusiya Ermənistanla vahid Hava Hücumundan Müdafiə sistemini formalaşdıracaq

Rusiya Belarusla vahid Hava Hücumundan Müdafiə (HHM) sistemini gücləndirmək və analoji sistemi Ermənistan və Qazaxıstanla formalaşdırmaq niyyətindədir. bunu Rusiya Prezidenti Vladimir Putin bildirib. V.Putinin sözlərinə görə, belə əməkdaşlıq Rusiya və tərəfdaşların müdafiə potensialını hiss ediləcək dərəcədə artırır və Avrasiya məkanında sülh və sabitliyin möhkəmlənməsinə xidmət edir. Prezident qeyd edib ki, cari ildə Rusiya və Belarus arasında “Qərb-2013” strateji təlimləri uğurla keçirilib, növbədə isə Ermənistan, Belarus, Qazaxıstan və Tacikistanın iştirakı ilə regional qoşun qruplaşmalarının yaradılması var.

trend.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button