ArxivXəbər lentiXəbərlər

Dindarların həbs müddəti uzadılıb

Azərbaycan Respublikasının apelyasiya məhkəməsi şiə islamçıların həbs müddətinin üzadılması qərarına qarşı təqdim olunan vəsatəti təmin etməyib.

Riport portalının verdiyi məlumata görə, dünən islamçı məhbus Zülfüqar Mikayılzadənin işinə baxan hakim Mirpaşa Hüseynov məhkəmə iclası bitdikdən sonra bildirib ki, apelyasiya məhkəməsi islamçıların vəsatətini təmin etməyib.

Zülfüqar Mikayılzadə rayon məhkəməsinin onun həbs müddətinin uzadılmasına dayir çıxartdığı hökümə qarşı apelyasiya məhkəməsinə müraciət etmişdi.

Zükfüqar mikayılzadə bir neçə nardaranlı ilə birlikdə 2015-ci il noyabrın 26-da təhlükəsizlik qüvvələrinin bu kəndə hücumu zamanı milli təhlükəsizliyi pozmaqda ittiham olunaraq həbs edilmişdi.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq, Tale Bağırzadə, Zülfüqar Mikayılzadə, Elman ağayev və Əbülfəzl Bünyadov tərəfindən təsis edilmiş müsəlman birliyi hərəkatının silahlı qrup olduğunu və təxribatçı məqsədlər güddüyünü iddia etmişdi, həmin şəxslər isə bu ittihamı rədd edirlər.

Zülfüqar Mikayılzadə ruhani ilmaqdan əlavə Qürani kərim hafizi , hədislər və Quran üzrə təfsirçidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button