ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Venesuela prezidenti Nikolas Maduro iqtisadi şəbəkə qurmaq üçün Tehrana səfər edir

Əhli-Beyt (ə) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Venesuela prezidenti Nikolas Maduro İran İslam Respublikası ilə bir neçə yeni layihədə razılaşdığını və iranlı həmkarı prezident Höccətül İslam vəl Müslimin Seyyid İbrahim Rəisi hökumətinin dəvəti ilə tezliklə Tehrana gedəcəyini bildirib.

Livanın İran İslam Respublikasına bağlı media orqanı Əl-Məyadin televiziyasına danışan Nikolas Maduro bazar ertəsi (27 yanvar) bildirib ki, yeni layihələr “şəbəkə və iqtisadi əməkdaşlıq” daxildir. Nikolas Maduro həmçinin Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin ölkədəki seçkilər ərəfəsində, 2019-cu ilin mart və aprel aylarında Venesuelaya ardıcıl iki səfərinə toxunaraq bildirib ki, bu səfərlər zamanı bir sıra sahələrdə, o cümlədən elektrik sektoru sahəsində əməkdaşlıq razılaşdırılıb. Son illərdə İran İslam Respublikası anqlo sakson sionist qüvvələrinin, xüsusi ilə də imperialist Amerika Birləşmiş Ştatlarının çökdürmək istədiyi və Amerika Qitəsində ABŞ imperializiminə qarşı olan Venesuelaya yanacaq və qaz kondensatı daşıyıb və bu ölkədə inkişaf və ticarət layihələri həyata keçirib. Dünya xalqlarının sərvətlərinə qənim kəsilmiş Qərb rəsmiləri dünya sionist qüvvələrinin əl-altıları olan Latın Amerikası da daxil olmaqla bir çox başqa ölkələrlə birlikdə Maduronun prezidentliyini “qeyri-qanuni və saxtakarlıq” adlandırıblar. Venesuela prezidenti çıxışının başqa bir hissəsində ABŞ-ın sanksiyalarından sonra ilk dəfə olaraq bu il Venesuelanın iqtisadi artımının müsbət olduğunu iddia edib.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Venesuelanın iqtisadi artımı 2013-cü ildən mənfi olub. Hətta 2016-2020-ci illər ərzində ölkə iqtisadiyyatı hər il 15-35 faiz kiçilib və bu il 5 faiz mənfi, gələn il isə 3 faiz mənfi artım gözlənilir. Lakin bütün bunlara baxmayaraq Venesuela İran İslam Respublikasının köməkliyi ilə xalqına arxalanaraq dirəniş göstərməklə iqtisadiyyatını qaydasına salmağa başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button