Şəxsiyyətlər

Həzrət Ayətullah Seyid Mehdi Təbatəbai Şirvaninin həyatı

Həzrət Ayətullah Seyid Mehdi Təbatəbai Şirvani, Qafqaz məntəqəsinin görkəmli alimlərindən, əzəmətli fəqihlərdən biridir. O, Ayətullah Seyid Əli Şirvaninin oğludur. 1829-cu ildə (1245 h. q.) Qafqazın Şirvan məntəqəsinin Şamaxı şəhərində anadan olmuşdur. Quran qiraəti, Gülüstan, Bustan, Nisabüs-sibyan kimi Qafqaz mədrəsələrində ənənəvi tədris olunan kitabları, ilkin məlumat məqsədi dini hövzə dərslərini atasından və məntəqədəki başka alim və ruhanilərdən öyrəndi. Cavan yaşlarında Nəcəfi-əşrəf dini hövzəsinə yola düşərək, orada kitabının müəllifi Ayətullahül-üzma Şeyx Məhəmməd Həsən Nəcəfi və Ayətullahül-üzma Şeyx Mürtəza Ənsari və dini Hövzənin seçilmiş alimlərinin fiqh cə üsuli-xaric dərslərindən bəhrələnərək, ali müctəhidlik məqamına ucaldı.

Seyid fiqh və üsuldan əlavə, Başqa elmlərədə bacarıqlı və elmi məqamların sahibi idi. O, ali elmi-mənəvi məqamlara malik olduqdan sonra öz doğma torpağına geri döndü. Orada moizə, təbliğ, dini maarifləndirmə həmçinin şəri əhkamların bəyanı ilə məşğul olmağa başladı. Şeyx şamaxı şəhərində mədrəsə inşa edərək, orada islam elmlərini tədris etdi. O, öz əsrinin böyük və məşhur alimlərindən biri sayılırdı. Ata-babaları kimi saleh əməl sahibi olmaqla, kəramətlət və xariqüladə işlər əncam verməklə məşhur idi. Öz məntəqəsində xalqın müraciət yeri sayılırdı.

Bu ilahi alim və əzəmətli Seyid, 1911-ci ildə (1329 h. q.) vəfat etdi. O, Şamaxı şəhərinin İmamzadəsinin kənarında torpağa tağşırıldı. İndi də şərafətli qəbri məntəqə xalqının ziyarət yeridir. Qiyamət günü müqəddəslərlə məşhur olsun!

Allah rəhmət eləsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button