ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Avstraliyanın İsraildəki səfiri Qüdsə görə XİN-ə çağırılıb

    Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan imtina etdikdən sonra bu ölkənin səfiri Təl-Əvivdə XİN-ə çağırılıb. Mehr xəbər verir ki, Avstraliyanın Təl-Əvivdəki səfiri XİN-ə çağırılıb və İsrail hökumətinin etirazı rəsmi Kanberranın nümayəndəsinə bildirilib.

Bu addıma səbəb Avstraliya hökumətinin Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan imtina etməsi olub.

Avstraliya əvvəlki Mühafizəkarlar hökumətinin verdiyi mübahisəli qərarı ləğv edərək, Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımayacağını açıqlayıb. Dövlət katibi Penni Vonq açıqlamasında deyib: “Qüds İsrail və Fələstin xalqı arasında istənilən sülh danışıqlarının bir hissəsi kimi həll edilməli olan yekun status məsələsidir” Qeyd edək ki, ABŞ hökuməti Donald Tramp dövründə Qüdsü İsrailin paytaxtı, Suriyanın Colan Yüksəkliklərini də İsrailin ərazisi kimi tanıyıb.

Bundan sonra bir sıra dövlətlər eyni addımı atıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button