ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstanda ikinci əhya məclisləri – FOTO

Gürcüstanda məscid və hüseyniyələrdə ehtimal verilən ikinci Qədr gecəsi münasibətilə əhya saxlanılıb

İslamazeri.com xəbər verir ki, ötən gecə Gürcüstanın bir çox məscid və ibadət məkanlarına və o cümlədən Tbilisi Cümə məscidində ikinci (ehtimal olunan) “Qədr gecəsi” münasibəti ilə mərasim təşkil olunub.

Tbilisi Cümə məscidindən əlavə “Hz. Həmzə” hüseyniyyəsi, “Ali-Əba”, “Əhlibeyt” məscidlərində və “Alulbeyt” mərkəzində də gecədən başlayan mərasim sübhədək xütbə, Quran tilavəti, Qədr gecəsində tövsiyə olunan dua, namaz və ibadətlərlə keçiridi. Səhura yaxın mərasim iştirakçılarına imsak süfrələri açılıb.
Tbilisi Cümə məscidində keçirilən mərasimdə ölkəmizdə qonaq olan əslən Azərbaycanlı dəyərli din alimi Hacı Məzahir Məmmədov söhbət edib, dualar və Hz. Əlinin (ə) şəhadətinə görə mərsiyələr oxuyub.

 Quranla başlayıb, dualarla bitən mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Əl-Mustafa Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi Hacı Davud Zare məclis iştirakçlkarına gecənin əməlləri, əhəmiyyət və fəlsəfəsi və bu gecəyə təsadüf edən İmam Əlinin (ə) şəhadəti haqqında söhbətlər edib ətraflı məlumatlar veriblər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button