ArxivIslammədəniyyatQadin və hicabQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Vəfat edən hərbçinin ailəsi narazıdır

Valideyn həmçinin oğluna şəhidlik statusunun verilməsini istəyir

Tərxis olunmasına 8 gün qalmış vəfat edən hərbi qulluqçu İlkin Ramin oğlu Zöhrabovun ailəsi etiraz edir.

Müdafiə Nazirliyi hadisənin martın 22-də baş verdiyini bildirib. Hərbçinin ürək nahiyəsinə güllə dəydiyi deyilir.

Hazırda Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə araşdırma aparılır.

Mərhumun anası Səriyyə Zöhrabova cinayət işinin gedişatından narazıdır. O, oğlunun intihar etməsinə inanmır. Valideyn həmçinin oğluna şəhidlik statusunun verilməsini istəyir.

Masallı Rayonu İcra Hakimiyyətindən ailənin İlkin Zöhrabovun məzar daşının götürlüməsi ilə bağlı müraciətinin həll edildiyi bildirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən hərbçinin avtomatla atəş açaraq intihar etməsi faktı ilə bağlı Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıldığı deyilib. Hazırda istintaq davam edir. Səriyyə Zöhrabovaya rayon prokurorluğuna müraciət etmək tövsiyə olunub.

2001-ci il təvəllüdlü İlkin Zöhrabov İkinci Qarabağ döyüşlərində Kəlbəcərin işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button