ArxivXəbər lentiXəbərlər

İsrail vitse-spikerinin İrəvanda saxta “genosid”ə baş əyməsi Bakıda etiraz doğurdu

İsmayıl Ağayev: “Hesab edirəm ki, həm Türkiyə, həm də Azərbaycanın rəsmi dairələri İsrail parlamentinin vitse-spikerinin məsuliyyətsiz hərəkətinə öz etirazlarını bildirməlidir”

 

Ermənistan mətbuatının verdiyi məlumata görə, İsrail Knesetinin vitse-spikeri, parlamentin İsrail-Ermənistan dostluq qrupunun rəhbəri Tali Ploskovun rəhbərlik etdiyi nümayəndə heyəti həmin ölkəyə səfəri çərçivəsində İrəvandakı qondarma soyqırım abidəsini ziyarət edib.

Məlum olduğu kimi, İsraillə Azərbaycan arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə kimi yüksəlib. İsrail rəsmisinin belə bir addım atması hansı narazılıqlara səbəb ola bilır?

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki,  İsrail nümayəndə heyətinin bu addımı çox təəssüf doğurur: “Bilirsiniz ki, həmin iddiaları dünyanın bir çox ölkələri qəbul etmir. Həmçinin Azərbaycan və Türkiyə hesab edir ki, uydurulmuş qondarma tarixdən hər iki qardaş ölkəyə təzyiq üçün istifadə olunur. İndiyə qədər də İrəvanda səfərdə olan bəzi ölkələrin rəsmiləri tərəfindən analoji addımlar atılıb. Həmin hərəkətlərin hər birinə Türkiyə və Azərbaycan səviyyəsində etiraz edilib. İsrail rəsmisinin belə bir addım atması isə bizim üçün gözlənilməzdir. Bilirsiniz ki, İsraillə bizim aramızda çox dərin dostluq münasibətləri mövcuddur. Təbii ki, əsası olmayan bir uydurma tarixə bu ölkənin rəsmisinin baş əyməsi həmin hadisələrin qəbul edilməsi anlamına gələ bilər. Bu da ölkələrimiz arasında münasibətlərdə mənfi iz buraxa bilər. İsrail rəsmisinin bu hərəkəti Türkiyənin acığına etdiyinə də inanmıram. Çünki ölkələr arasındakı münasibətlər normal axarına düşüb. Belə olan təqdirdə, İsrail rəsmisinin hərəkəti yeni soyuqluğun əsasını qoya bilər. Hesab edirəm ki, həm Türkiyə, həm də Azərbaycanın rəsmi dairələri İsrail parlamentinin vitse-spikerinin məsuliyyətsiz hərəkətinə öz etirazlarını bildirməlidir. Yəqin ki, bu hərəkəti edən rəsmidən izahat da tələb olunacaq. Çünki İsrail dövlətinə belə bir olayın yaşanması lazım deyil. Biz də bu hərəkəti pisləyirik və dərhal vitse-spikerin üzrxahlıq etməsini tələb edirik”.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button