ArxivIslamŞəkil​Xəbər lentiXəbərlər

Vəhabi krallıq karantindən istifadə edib şəhidlər məzarlığını dağıtdı – FOTO

qafqaz.ir “Rasthaber Azərbaycan”a istinadən xəbər verir ki, Səudiyyənin Al-Avamiyyə sakinlərinin koronavirusa görə ev karantinində olmasından istifadə edən Səud rejimi, Al-Avamiyyə sivil hərəkatının şəhidlərinin məzarlarının dağıdılma əmrini veriblər.

Qətifdəki bəzi yerli mənbələr, Alahednews saytına verdikləri məlumatda “Al Avamiyyə Xeyriyyə Cəmiyyəti, 25 mart çərşənbə günü, koronavirusa görə şəhərin türbəsinin bağlandığını elan etdi, ancaq rəsmilər 8 martdan bu günə qədər küçəyə çıxma qadağası səbəbilə xalqın küçələrdə olmamasından istifadə edərək, gecə vaxtı təchizat və cinayət ortaqlarının yardımı ilə şəhidlərin məzarlarının dağıdılması planını həyata keçirməyə qərar verdilər.”, -deyə qeyd edilib.

Məlumata görə, bu qəbiristanlıqda Qətif Xalq Hərəkatının şəhidlərinə aid 22 məzar var və öldürülən və ya edam olunan 49 nəfərin cəsədi hələ də rejim rəsmilərinin əlində olmaqla ailələrinə verilməyib.

Mənbələr Riyad rəsmilərinin Al-Avamiyyə şəhidlərinin qəbirlərinə qarşı bu addımını bir ay öncə İrandan ziyarətdən gələnlərin Qətif sakinlərinə olan mövqelərilə əlaqəli olduğunu və Səud rejiminin onları Səudiyyəyə koronavirus yaymaqda ittiham etdiyini bildiriblər.

Əvvəl

 

İndi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button