ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Uydurmalogiya üzrə mütəxəssis yoxsa savadsız!

İslam İnqilabının Aliməqam Rəhbəri bu gün bir başsağlığı müraciətində son günlər Bəluçestan vilayətində bir sünni bəluç alimin oğurlanaraq qətlə yetirilməsini pisləyib, bu cinayəti törədənlərin üzüqara muzdlular olduğunu bildirib.
Azərbaycan Respublikasının çox “mötəbər” KİV-ləri isə bu xəbəri “Xamenei bəluc din xadimini Rusiya muzdlularının qətlə yetirdiyini bildirib” başlığı ilə tirajlayıblar.
Daima İran barədə yalan, uydurma, qərəzli məlumatlar yaymaqla məşğul olan və elə bu xüsusiyyətləri öz xarakterlərinə çevirən  bu medialar təsadüfən bu dəfə heç də qərəzlə bunu etməyiblər. Bu dəfə onların digər danılmaz xisləti özünü bürüzə verib. İranın “Mehr” xəbər agentliyinə istinad olunan bu xəbərin fars variantını müşahidə etdikdən sonra bu xəbərin Bakı mediasında qeyd olunan başlıqla yayılmasının səbəbi bəlli olur. Bəli savadsızlıq. Beləki farsca variantındakı “Rusiyah” (Üzüqara) Azərbaycan dilində “Rusiya” tərcümə edilib.
Beləliklə anti-İran kampaniyaları ilə məşhur olan bu medialar və İran barədə hərhansı yanlış məlumatı gözübağlı kopiyalayıb yayan KİV-lər özlərini növbəti dəfə məzhəkəyə çevirmiş olublar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button