ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Urmiyyə gölünə suötürmə sistemi rəsmən istifadəyə verilib

Seyid İbrahim Rəisi bu gün səhər Həzrət İmam Hüseyn(ə)-ın səadətli mövludunun ildönümü günü ilə bir zamanda bu layihəni reallaşdırıb.
Bu sistem 35,7 kilometrlik tunel və on bir kilometrlik kanala malik olub, birinci etapda ildə üç yüz milyon, ikinci etapda isə ildə altı yüz milyon kubmetr suyu Kani-Sib su bəndindən Nəqədə düzünə və Urmiyyə gölünün su hövzəsinə ötürəcək.
Sözügedən sistemin inşa prosesi 2015-ci ildən başlansa da, layihə mənbələrinin ayrılmaması səbəbindən proyekt təkmilləşdirilməmişdi. Nəhayət Ayətullah Rəisinin Qərbi Azərbaycan vialyətinə səfərindən sonra layihənin təkmilləşdirilməsi iş gündəminə salındı.
Urmiyyə gölünə suötürmə sistemi Qərbi Asiya bölgəsində ən iri ətraf mühit layihəsi sayılır.
Bu sistemin açılması Urmiyyə gölünün bərpasına yardım üçün bir başlanğıc olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button